Gön və dəri məhsullarına tətbiq olunan müddətli ixrac rüsumlarının dərəcəsi endirilib
Gön və dəri məhsullarına tətbiq olunan müddətli ixrac rüsumlarının dərəcəsi endirilib.
1news.az-a Nazirlər Kabinetindən verilən məlumata görə, qərar ölkədə rəqabətqabiliyyətli qeyri-neft məhsulları istehsalının stimullaşdırılması, gön və dəri məhsullarının xammal kimi istifadə olunduğu istehsal və emal sahələri üzrə yerli sənaye müəssisələrinin xammal təchizatının yaxşılaşdırılması və səmərəli fəaliyyətinin təmin edilməsi məqsədilə hazırlanıb.
Qərar gön və dəri məhsullarına tətbiq olunan müddətli ixrac rüsumlarının mövcud dərəcəsi saxlanılmaqla, həmin məhsullara tətbiq olunan müddətli ixrac rüsumlarının dərəcəsinin 1000 kq üçün 350 dollardan 150 dollara endirilməklə qüvvədə olma müddətinin 31.12.2023-cü il tarixinədək uzadılmasını nəzərdə tutur.