Fövqəladə Hallar Nazirliyinin bir qrup hərbçisinə ali hərbi rütbələr verilib – SƏRƏNCAM | 1news.az | Xəbərlər
Rəsmi

Fövqəladə Hallar Nazirliyinin bir qrup hərbçisinə ali hərbi rütbələr verilib – SƏRƏNCAM

S.Xankişiyeva16:53 - 22 / 12 / 2021
Fövqəladə Hallar Nazirliyinin bir qrup hərbçisinə ali hərbi rütbələr verilib – SƏRƏNCAM

Prezident İlham Əliyev Fövqəladə Hallar Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələrin verilməsi haqqında sərəncam imzalayıb.

Bu haqda 1news.az dövlət başçısının rəsmi saytına istinadla xəbər verir.

"Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 24-cü bəndini rəhbər tutaraq qərara alıram:

1. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin aşağıdakı hərbi qulluqçularına ali hərbi rütbələr verilsin:

“general-leytenant” ali hərbi rütbəsi

general-mayor İlham Əyyub oğlu Abdullayevə

general-mayor Şahmar Ənvər oğlu Paşayevə

“general-mayor” ali hərbi rütbəsi

polkovnik Adil Ələsgər oğlu Abdullayevə

polkovnik Əşrəf Məmməd oğlu Qasımova

polkovnik Raul Süleyman oğlu Zeynalova.

2. Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir".

Paylaş:
579

Son xəbərlər

Bütün xəbərlər