Azərbaycanda “Tik-tok”dan kimlər qazanır? - “Çıxışa doğru”da MÜZAKİRƏ – VİDEO
“Tik-tok” sosial şəbəkəsi son vaxtlar Azərbaycanda xeyli populyarlıq qazanıb. Xüsusən də pandemiyanın ilk günlərindən başlayaraq bu şəbəkəyə maraq birə-beş artmağa başlayıb. Əvvəllər əksəriyyət buna gənclərin asudə vaxtlarını keçirməsi və əylənməsi üçün platforma kimi baxsa da, artıq bu şəbəkədən kifayət qədər pul qazananlar da var.
“Tik-tok” sosial şəbəkəsində canlı yayım açaraq pul qazanan insanların sayı hər keçən gün daha da artır: ““Tik-tok”da canlı yayım açaraq, yarış keçirən insanların sayı çoxalır. Bu heç də səbəbsiz deyil, insanların canlı yayımına hədiyyə göndərilir, onlar isə bunu pul olaraq əldə edirlər. Orta hesabla hər 1000 bəyənmə 10 dollar pul qazandırır. Azərbaycanda isə yarışlarda 100 min hədiyyə toplayan şəxslər var, bu da min dollar pul edir. Ölkəmizdə aya 5-6 min dollar qazanan “tik-tok”çular var".
1news.az-ın verdiyi xəbərə görə, AzTV-nin “Çıxışa doğru” verilişində " Azərbaycanda "Tik-tok"dan kimlər qazanır" mövzusunda aparılan müzakirələr zamanı bu barədə ətraflı danışılıb. Verilişin qonaqları – psixiatr-narkoloq, tibb elmləri doktoru, professor Araz Əliquliyev, video -bloger Ərtoğrul Kamalov, "Azxəbər" informasiya portalının baş redaktoru Hacibəy Heydərli və jirnalist Tehran Orucoğlu mövzu ətrafında müzakirə aparıblar.
“Çıxışa doğru” verilişini bütöv şəkildə Azərbaycan Televiziyasının “YouTube” kanalından izləyə bilərsiniz: