Azərbaycan Prezidenti: Hadrut əməliyyatı İkinci Qarabağ müharibəsində xüsusi əhəmiyyətə malik idi | 1news.az | Xəbərlər
Siyasət

Azərbaycan Prezidenti: Hadrut əməliyyatı İkinci Qarabağ müharibəsində xüsusi əhəmiyyətə malik idi

S.Xankişiyeva16:19 - 24 / 12 / 2021
Azərbaycan Prezidenti: Hadrut əməliyyatı İkinci Qarabağ müharibəsində xüsusi əhəmiyyətə malik idi

Hadrut əməliyyatı İkinci Qarabağ müharibəsində xüsusi əhəmiyyətə malik olan bir əməliyyat idi.

1news.az-ın AZƏRTAC-a istinadla verdiyi xəbərə görə, bu fikri Prezident İlham Əliyev dekabrın 24-də Hadrutda yeni hərbi hissənin açılışında çıxış edərkən söyləyib.

Hadrut əməliyyatının əhəmiyyətindən danışan dövlətimizin başçısı deyib: “Bu strateji qəsəbəni işğaldan azad etmək bizim gələcək planlarımıza əlavə dəstək verdi. Çünki əgər biz Hadrutu işğalçılardan azad etməsəydik, gələcək əməliyyatlarımız daha böyük çətinliklərlə üzləşə bilərdi”.

Paylaş:
384

Son xəbərlər

Bütün xəbərlər