Fransız deputat həmkarlarının Xankəndiyə səfərini təxribat adlandırıb – FOTO | 1news.az | Xəbərlər
Siyasət

Fransız deputat həmkarlarının Xankəndiyə səfərini təxribat adlandırıb – FOTO

S.Xankişiyeva16:10 - 25 / 12 / 2021
Fransız deputat həmkarlarının Xankəndiyə səfərini təxribat adlandırıb – FOTO

Fransada fəaliyyət göstərən Azərbaycanın Dostları Assosiasiyası ölkə prezidentliyinə Respublikaçılar Partiyasının namizədi Valeri Pekrezin fransalı deputatlar Bruno Riteiro və Mişel Barnye ilə birlikdə Azərbaycanın Qarabağ bölgəsinə qanunsuz səfərinə etirazını bildirib.

1news.az-a Diasporla İş üzrə Dövlət Komitəsindən verilən məlumata görə, Fransada Azərbaycanın Dostları Assosiasiyasının prezidenti, Fransa Milli Assambleyasında Fransa-Azərbaycan dostluq qrupunun vitse-prezidenti Jerom Lamberin imzaladığı bəyanatda birmənalı şəkildə bildirilib ki, xanım Pekrezin bu addımı təxribat xarakterlidir, çünki Xankəndi şəhəri beynəlxalq qurumlar tərəfindən Azərbaycan ərazisinin bir hissəsi kimi tanınır: “Bu əraziyə səfər Azərbaycanın suveren hakimiyyət orqanları olmadan təsəvvür edilə bilməz. Əgər xanım Pekrez sülhü müdafiə etmək istəyirsə, tarix dərslərini yenidən nəzərdən keçirməklə başlamalıdır. Qarabağa səfər etməklə Azərbaycanın suverenliyini pozaraq, təxribat törədir və sülh quruculuğunda hər hansısa rolu oynamaq hüququndan özünü məhrum edir”.

Qeyd edilib ki, Azərbaycan da Fransa kimi dünyəvi ölkədir: “Buna görə də biz başa düşə bilmirik ki, bu seçkiqabağı kampaniya zamanı edilən bəyanatlar niyə şərqi xristianlara qarşı qondarma bir dini təhlükənin qabardılmasına doğru yönəldilir. Papa həzrətlərinin son illərdə bir neçə dəfə səfər etdiyi Azərbaycan ərazisində xristianlar tam əmin-amanlıq şəraitində yaşayırlar”.

Assosiasiya nəzərə çatdırıb ki, Qarabağ münaqişəsi iki dövlət arasında sırf ərazi münaqişəsi olub: “Ermənistan otuz il ərzində BMT Təhlükəsizlik Şurasının qınaqlarına baxmayaraq, Azərbaycan ərazisinin demək olar ki, 20%-ni hərbi yolla işğal altında saxlayıb. Ötən il atəşkəsin bərpa olunmasından sonra bu ərazilərin qanuni yolla geri alınması Fransanın 1918-ci ildə Elzas-Lotaringiyanı alman işğalçı qüvvələrindən azad etməsi kimi beynəlxalq hüququn qələbəsi kimi qiymətləndirilməlidir”.

Azərbaycanın Dostları Assosiasiyası hesab edir ki, “Fransa və onun nümayəndələri davamlı sülhə doğru çalışmaq üçün beynəlxalq hüququn elementar normalarına hörmət edərək qərəzsiz olduqlarını nümayiş etdirməlidirlər. Xanım Pekrez xırda siyasi hesablamalarında bunu bilərəkdən unudub və o, iddia etdiyi sülh tapmaq məsuliyyətini nəzərdə tutan mövqeyə layiq olmaqdan uzaqdır".

Paylaş:
640

Son xəbərlər

Ədalət Verdiyev həbs edildiBu gün, 18:19“Qarabağ” – “Lion” oyununa 17 mindən artıq bilet satılıbBu gün, 17:45Səfir məzunu olduğu məktəbdə şagirdlərlə görüşübBu gün, 17:43Bakının bəzi ərazilərində qaz olmayacaqBu gün, 17:19DİM: İmtahanlarda buraxılış rejimini aparacaq qadın əməkdaşların seçimi üçün müsahibə başlanırBu gün, 17:12Vüqar Rəhimzadə: “Azərbaycan bütün sahələrdə malik olduğu imkanları təqdim etdi”Bu gün, 16:50Bu gün Xalq yazıçısı İmran Qasımovun doğum günüdürBu gün, 16:37Vilayət Eyvazov Balakəndə qəbul keçirəcəkBu gün, 16:36DYP-dən avtomobilini azyaşlılara həvalə edən şəxslərə MÜRACİƏTBu gün, 16:10Azərbaycan Ordusunun qırıcıları şərti hava kəşfiyyatı aparıblar - VİDEOBu gün, 15:38Yeni təcili tibbi yardım stansiyası istifadəyə verildiBu gün, 15:3731 il əvvəl törədilmiş qəsdən adam öldürmə cinayətinin üstü açılıbBu gün, 15:22Nazirlərin, komitə sədrlərinin dekabrda olan qəbul cədvəli açıqlandıBu gün, 15:08Lənkəranda 3 nəfərin xəsarət alması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş veribBu gün, 15:05Gövhər Baxşəliyeva “Şöhrət” ordeni ilə təltif edilibBu gün, 14:42Azərbaycanda yeni bələdiyyələr yaradıldı - SİYAHIBu gün, 14:23“Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı”nda dəyişiklik - Prezidentdən SƏRƏNCAMBu gün, 14:14Azad edilmiş ərazilərdə daha 213 mina, 862 PHS aşkarlanıbBu gün, 14:09Yanğın təhlükəsi olan obyektin fəaliyyəti dayandırılıbBu gün, 13:46“Azərbaycanda aktiv vergi ödəyicilərinin sayı 2019-cu ilə nisbətən 1,8 dəfə artıb”Bu gün, 13:37
Bütün xəbərlər