Fransadakı soydaşlarımız fransız siyasətçilərin məsuliyyətsiz addımına sərt etirazlarını bildiriblər | 1news.az | Xəbərlər
Siyasət

Fransadakı soydaşlarımız fransız siyasətçilərin məsuliyyətsiz addımına sərt etirazlarını bildiriblər

S.Xankişiyeva16:38 - 25 / 12 / 2021
Fransadakı soydaşlarımız fransız siyasətçilərin məsuliyyətsiz addımına sərt etirazlarını bildiriblər

Fransada yaşayan Azərbaycan icması Fransa prezidentliyinə namizəd Valeri Pekrezin fransalı deputatlar Bruno Riteiro və Mişel Barnye ilə birlikdə Azərbaycanın Qarabağ bölgəsinə qanunsuz səfərinə sərt etirazını bildirib.

1news.az-a Diasporla İş üzrə Dövlət Komitəsindən verilən məlumata görə, Fransa Azərbaycanlıları Koordinasiya Şurasının (FAKŞ) yaydığı bəyanatda bildirilib ki, Azərbaycan icması olaraq prezidentliyə namizəd Valeri Pekrezin, senator Bruno Riteiro və Avropa Parlamentinin keçmiş deputatı Mişel Barnyenin Azərbaycan Respublikasının Qarabağ bölgəsinə qanunsuz səfərini və beynəlxalq ictimaiyyət tərəfindən tanınmayan separatçı rejimin liderləri ilə görüşünü qətiyyətlə pisləyirlər: “Bu məsuliyyətsiz siyasi addım Qafqaz regionunda möhkəm sülhə nail olmağa çalışan Azərbaycan və Ermənistan dövlət başçılarının son yaxınlaşması kontekstində xüsusilə dağıdıcı və təhlükəlidir”.

Soydaşlarımız xanım Pekrezə xatırladıblar ki, Fransanın prezidenti seçiləcəyi təqdirdə, bu səfər onu sülh prosesinin gələcək iştirakçısı kimi nüfuzdan salacaq və Fransanı istənilən beynəlxalq danışıqlardan kənarlaşdıracaq.

Nəzərə çatdırılıb ki, Fransa Prezidenti Emmanuel Makron bu yaxınlarda Azərbaycan Prezidentinin Ermənistanın Baş naziri ilə görüşünə öz töhfəsini verib. “Beynəlxalq münaqişələrdə Fransanın vasitəçilik ənənələrinə sadiq qalan, seçki maraqlarının toqquşmasının hər hansı instrumentallaşdırılmasından imtina edən fransızlar onun hörmətli və məsuliyyətli yanaşmasını yalnız alqışlaya bilər”, - deyə FAKŞ üzvləri vurğulayıblar.

Paylaş:
436

Son xəbərlər

Ədalət Verdiyev həbs edildiBu gün, 18:19“Qarabağ” – “Lion” oyununa 17 mindən artıq bilet satılıbBu gün, 17:45Səfir məzunu olduğu məktəbdə şagirdlərlə görüşübBu gün, 17:43Bakının bəzi ərazilərində qaz olmayacaqBu gün, 17:19DİM: İmtahanlarda buraxılış rejimini aparacaq qadın əməkdaşların seçimi üçün müsahibə başlanırBu gün, 17:12Vüqar Rəhimzadə: “Azərbaycan bütün sahələrdə malik olduğu imkanları təqdim etdi”Bu gün, 16:50Bu gün Xalq yazıçısı İmran Qasımovun doğum günüdürBu gün, 16:37Vilayət Eyvazov Balakəndə qəbul keçirəcəkBu gün, 16:36DYP-dən avtomobilini azyaşlılara həvalə edən şəxslərə MÜRACİƏTBu gün, 16:10Azərbaycan Ordusunun qırıcıları şərti hava kəşfiyyatı aparıblar - VİDEOBu gün, 15:38Yeni təcili tibbi yardım stansiyası istifadəyə verildiBu gün, 15:3731 il əvvəl törədilmiş qəsdən adam öldürmə cinayətinin üstü açılıbBu gün, 15:22Nazirlərin, komitə sədrlərinin dekabrda olan qəbul cədvəli açıqlandıBu gün, 15:08Lənkəranda 3 nəfərin xəsarət alması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş veribBu gün, 15:05Gövhər Baxşəliyeva “Şöhrət” ordeni ilə təltif edilibBu gün, 14:42Azərbaycanda yeni bələdiyyələr yaradıldı - SİYAHIBu gün, 14:23“Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı”nda dəyişiklik - Prezidentdən SƏRƏNCAMBu gün, 14:14Azad edilmiş ərazilərdə daha 213 mina, 862 PHS aşkarlanıbBu gün, 14:09Yanğın təhlükəsi olan obyektin fəaliyyəti dayandırılıbBu gün, 13:46“Azərbaycanda aktiv vergi ödəyicilərinin sayı 2019-cu ilə nisbətən 1,8 dəfə artıb”Bu gün, 13:37
Bütün xəbərlər