İlham Əliyev: Şuşa hər birimizi özünə çəkir | 1news.az | Xəbərlər
Siyasət

İlham Əliyev: Şuşa hər birimizi özünə çəkir

S.Xankişiyeva10:51 - 25 / 12 / 2021
İlham Əliyev: Şuşa hər birimizi özünə çəkir

Bu, mənim Şuşaya bu il yeddinci səfərimdir. Şuşa hər birimizi özünə çəkir.

1news.az-ın AZƏRTAC-a istinadla verdiyi xəbərə görə, bunu Prezident İlham Əliyev dekabrın 24-də Şuşada, Cıdır düzündə çıxışı zamanı deyib.

Şuşada müxtəlif tədbirlərin açılışlarında iştirak etdiyini xatırladan dövlətimizin başçısı deyib ki, o tədbirlər Şuşanın Azərbaycan xalqına, Azərbaycan mədəniyyətinə məxsus olmasını bir daha təsdiqləyir: “Hər dəfə Şuşada hansısa tədbir nəzərdə tutulduqda böyük həvəslə, böyük sevgi ilə, məhəbbətlə Şuşaya gəlirdim və hesab edirdim ki, bu günü də mən məhz burada - Şuşada hər birimiz üçün əziz olan Cıdır düzündə qeyd etməliyəm və bunu edirəm”.

Paylaş:
455

Son xəbərlər

Bütün xəbərlər