Prezident: Xalqın dəstəyi mənə güc verir, iradəmi möhkəmləndirir | 1news.az | Xəbərlər
Siyasət

Prezident: Xalqın dəstəyi mənə güc verir, iradəmi möhkəmləndirir

S.Xankişiyeva11:04 - 25 / 12 / 2021
Prezident: Xalqın dəstəyi mənə güc verir, iradəmi möhkəmləndirir

Son günlər ərzində mənə həm xaricdən həmkarlarımdan, müxtəlif ölkələrin dövlət və hökumət başçılarından, xaricdə yaşayan azərbaycanlılardanvə ölkə vətəndaşlarından çoxlu təbrik məktubları gəlir.

1news.az-ın AZƏRTAC-a istinadla verdiyi xəbərə görə, bu barədə Prezident İlham Əliyev dekabrın 24-də Şuşada, Cıdır düzündə çıxışı zamanı bildirib.

Onu təbrik edən bütün insanlara təşəkkür edən dövlətimizin başçısı deyib: “Xüsusilə Azərbaycan xalqına öz təşəkkürümü bildirmək istəyirəm, həm təbriklərə görə, həm də mənə göstərilən dəstəyə görə. Mən bu dəstəyi 2003-cü ildən - Prezident vəzifəsinə ilk dəfə seçiləndən bu günə qədər hiss edirəm. Bu dəstək mənə güc verir. Bu dəstək iradəmi möhkəmləndirir. Bu dəstək nəticəsində biz hamımız – bütün Azərbaycan xalqı böyük tarixi uğurlara imza atmışıq”.

Paylaş:
400

Son xəbərlər

Bütün xəbərlər