Moldova və Latviyanın sabiq prezidentləri dövlət başçısını təbrik ediblər
Moldova Respublikasının sabiq Prezidenti, Sosialistlər Partiyasının fəxri sədri İqor Dodon Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
1news.az-ın dövlət başçısının rəsmi saytına istinadla verdiyi xəbərə görə, məktubda deyilir:
“Hörmətli İlham Heydər oğlu,
Moldova Respublikası Sosialistlər Partiyasının adından və şəxsən öz adımdan doğum gününüz münasibətilə səmimi təbriklərimi qəbul edin.
Siz haqlı olaraq təcrübəli və uzaqgörən siyasi xadim kimi istər həmvətənlərinizin, istərsə də həmkarlarınızın yüksək hörmət və etibarını qazanmısınız. Sizin Azərbaycan xalqı qarşısındakı xidmətləriniz ölçüyəgəlməzdir.
Sizin Azərbaycanın beynəlxalq əlaqələrinin genişləndirilməsi və möhkəmləndirilməsi, ölkənin inkişafı üçün yeni vəzifələrin müəyyənləşdirilməsi istiqamətində səylərinizi alqışlayırıq.
Ölkələrimiz arasındakı dostluq münasibətlərini yüksək qiymətləndirirəm.
Yeni görüşlərə və partiyalararası əməkdaşlığın gücləndirilməsi ilə bağlı səmərəli birgə işin davam etdirilməsinə ümidvaram.
Sizə səmimi-qəlbdən möhkəm cansağlığı, ruh yüksəkliyi, xoşbəxtlik, firavanlıq və yeni uğurlar arzulayıram”.
Latviya Respublikasının sabiq Prezidenti Raymonds Veyonis də Prezident İlham Əliyevə məktub göndərib.
1news.az-ın dövlət başçısının rəsmi saytına istinadla verdiyi xəbərə görə, məktubda deyilir:
“Hörmətli cənab Prezident,
Sizi 60 illik yubileyiniz münasibətilə ürəkdən təbrik etməkdən və ən xoş arzularımı çatdırmaqdan məmnunluq duyuram.
Sizə cansağlığı, xoşbəxtlik və fəaliyyətinizdə uğurlar diləyirəm”.