Polis Ağstafada 9 silah aşkarladı | 1news.az | Xəbərlər
Cəmiyyət

Polis Ağstafada 9 silah aşkarladı

Qafar Ağayev16:36 - 27 / 12 / 2021
Polis Ağstafada 9 silah aşkarladı

Ağstafa rayon Polis Şöbəsinə (RPŞ) rayon ərazisində silah olması barədə məlumat daxil olub.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan 1news.az-a verilən məlumata görə, Dərhal RPŞ-nin əməkdaşları hadisə yerinə gələrək müvafiq tədbirlər həyata keçirliblər. Araşdırmalar zamanı 3 ədəd ov tüfəngi aşkar edilərək götürülüb. Qeyd edək ki, cari il ərzində RPŞ əməkdaşlarının gələcəkdə baş verə biləcək cinayətlərin qarşısının alınması məqsədi ilə keçirdikləri müvafiq tədbirlər nəticəsində ümumilikdə 9 ədəd müvafiq sənədləri olmayan silah aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Paylaş:
625

Son xəbərlər

Bütün xəbərlər