Ceyhun Bayramov Cahit Bağcı ilə görüşüb | 1news.az | Xəbərlər
Siyasət

Ceyhun Bayramov Cahit Bağcı ilə görüşüb

S.Xankişiyeva16:48 - 29 / 12 / 2021
Ceyhun Bayramov Cahit Bağcı ilə görüşüb

Dekabrın 29-da Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Türkiyə Respublikasının ölkəmizdəki səfiri Cahit Bağçı ilə görüşüb.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən 1news.az-a bildiriblər ki, tərəflər iki ölkə arasında ən yüksək səviyyədə inkişaf edən qarşılıqlı əməkdaşlıq və müttəfiqlik münasibətlərinin gündəliyi üzrə fikir mübadiləsi aparıblar.

2021-ci ilin hər iki dövlət üçün həm ikitərəfli münasibətlərin inkişafı baxımından, həm də regional və qlobal müstəvilərdə olduqca zəngin və diplomatiya ağırlıqlı bir il olduğu qeyd edilib, qarşıdan gələn ildə bu münasibətlərin daha da irəli aparılması üçün səylərin səfərbər ediləcəyi vurğulanıb.

Səfir Cahit Bağçı gələn ilin mart ayında təşkil olunacaq Antalya Diplomatiya Forumuna dəvət məktubunu nazir Ceyhun Bayramova təqdim edib.

Nazir Ceyhun Bayramov dəvətə görə təşəkkür edərək, birinci Forumun olduqca uğurlu platforma olduğunu bildirib və qarşıdan gələn tədbirdə məmnuniyyətlə iştirak edəcəyini söyləyib.

Görüşdə tərəflər Azərbaycan və Türkiyənin beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığı məsələlərini, həmçinin hər iki dövlətin təşəbbüsü və birgə iştirakı ilə həyata keçirilən layihələri, eləcə də 3+3 formatında bu yaxınlarda ilk görüşü baş tutan regional məsləhətləşmələr mexanizmi, üçtərəfli və dördtərəfli əməkdaşlıq platformalarının perspektivlərini müzakirə ediblər.

Tərəflər, qarşıdan gələn 2022-ci il üzrə ən xoş arzularını bölüşüblər.

Paylaş:
491

Son xəbərlər

Bakının bəzi ərazilərində qaz olmayacaqBu gün, 17:19DİM: İmtahanlarda buraxılış rejimini aparacaq qadın əməkdaşların seçimi üçün müsahibə başlanırBu gün, 17:12Vüqar Rəhimzadə: “Azərbaycan bütün sahələrdə malik olduğu imkanları təqdim etdi”Bu gün, 16:50Bu gün Xalq yazıçısı İmran Qasımovun doğum günüdürBu gün, 16:37Vilayət Eyvazov Balakəndə qəbul keçirəcəkBu gün, 16:36DYP-dən avtomobilini azyaşlılara həvalə edən şəxslərə MÜRACİƏTBu gün, 16:10Azərbaycan Ordusunun qırıcıları şərti hava kəşfiyyatı aparıblar - VİDEOBu gün, 15:38Yeni təcili tibbi yardım stansiyası istifadəyə verildiBu gün, 15:3731 il əvvəl törədilmiş qəsdən adam öldürmə cinayətinin üstü açılıbBu gün, 15:22Nazirlərin, komitə sədrlərinin dekabrda olan qəbul cədvəli açıqlandıBu gün, 15:08Lənkəranda 3 nəfərin xəsarət alması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş veribBu gün, 15:05Gövhər Baxşəliyeva “Şöhrət” ordeni ilə təltif edilibBu gün, 14:42Azərbaycanda yeni bələdiyyələr yaradıldı - SİYAHIBu gün, 14:23“Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı”nda dəyişiklik - Prezidentdən SƏRƏNCAMBu gün, 14:14Azad edilmiş ərazilərdə daha 213 mina, 862 PHS aşkarlanıbBu gün, 14:09Yanğın təhlükəsi olan obyektin fəaliyyəti dayandırılıbBu gün, 13:46“Azərbaycanda aktiv vergi ödəyicilərinin sayı 2019-cu ilə nisbətən 1,8 dəfə artıb”Bu gün, 13:37Nazir: Bu il adambaşına düşən ÜDM-in 7200 dollar olacağı gözlənilirBu gün, 13:21MEDİA onlayn media subyektlərinə dəstək üçün müsabiqə elan edibBu gün, 13:13Leysan xarakterli yağış yağacaq - Sabahın havasıBu gün, 13:04
Bütün xəbərlər