Laçında yerləşən hərbi hissələrin döyüş hazırlığı yoxlanılıb – FOTO | 1news.az | Xəbərlər
Siyasət

Laçında yerləşən hərbi hissələrin döyüş hazırlığı yoxlanılıb – FOTO

S.Xankişiyeva17:13 - 30 / 12 / 2021
Laçında yerləşən hərbi hissələrin döyüş hazırlığı yoxlanılıb – FOTO

Müdafiə nazirinin tapşırığına əsasən Müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev Laçın rayonunda dislokasiya olunan hərbi hissələrdə olub.

Müdafiə Naziliyindən 1news.az-a verilən məlumayta görə, sərt iqlim şəraitində, çətin relyefli dağlıq ərazidə xidmət aparan şəxsi heyətlə görüşən Baş Qərargah rəisi dövlət sərhədində, o cümlədən Qaragöl gölü istiqamətində döyüş qabiliyyətinin daha da artırılması və döyüşə hazır olma vəziyyətinin yüksək səviyyədə saxlanılması üçün lazımi tapşırıqlar verib.

Sonra hərbi birliyin şəxsi heyəti ilə xidməti müşavirə keçirilib, 2021-ci ilin yekunları təhlil olunub. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin və Müdafiə nazirinin Azərbaycan Ordusu qarşısında qoyduğu tapşırıqlar, o cümlədən hərbi qulluqçuların sosial-məişət şəraiti və mənəvi psixoloji durumunun yaxşılaşdırılması istiqamətində aparılan işlər müşavirə iştirakçılarının diqqətinə çatdırılıb. Xidməti döyüş fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı müvafiq göstərişlər verilib.

Müşavirədə polkovnik Münasib Babayevə “general-mayor” ali hərbi rütbəsi verilməsi haqqında Azərbaycan Respublikasının Prezidentinin sərəncamı oxunub, ona gələcək xidmətində uğurlar arzulanıb, xidməti fəaliyyətin daha səmərəli təşkili ilə bağlı Müdafiə nazirinin tapşırıq və tövsiyələri çatdırılıb.

Sonda Baş Qərargah rəisi qarşıdan gələn Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə Müdafiə Nazirliyinin rəhbərliyi adından şəxsi heyəti təbrik edib.

Paylaş:
414

Son xəbərlər

Vüqar Rəhimzadə: “Azərbaycan bütün sahələrdə malik olduğu imkanları təqdim etdi”Bu gün, 16:50Bu gün Xalq yazıçısı İmran Qasımovun doğum günüdürBu gün, 16:37Vilayət Eyvazov Balakəndə qəbul keçirəcəkBu gün, 16:36DYP-dən avtomobilini azyaşlılara həvalə edən şəxslərə MÜRACİƏTBu gün, 16:10Azərbaycan Ordusunun qırıcıları şərti hava kəşfiyyatı aparıblar - VİDEOBu gün, 15:38Yeni təcili tibbi yardım stansiyası istifadəyə verildiBu gün, 15:3731 il əvvəl törədilmiş qəsdən adam öldürmə cinayətinin üstü açılıbBu gün, 15:22Nazirlərin, komitə sədrlərinin dekabrda olan qəbul cədvəli açıqlandıBu gün, 15:08Lənkəranda 3 nəfərin xəsarət alması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş veribBu gün, 15:05Gövhər Baxşəliyeva “Şöhrət” ordeni ilə təltif edilibBu gün, 14:42Azərbaycanda yeni bələdiyyələr yaradıldı - SİYAHIBu gün, 14:23“Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı”nda dəyişiklik - Prezidentdən SƏRƏNCAMBu gün, 14:14Azad edilmiş ərazilərdə daha 213 mina, 862 PHS aşkarlanıbBu gün, 14:09Yanğın təhlükəsi olan obyektin fəaliyyəti dayandırılıbBu gün, 13:46“Azərbaycanda aktiv vergi ödəyicilərinin sayı 2019-cu ilə nisbətən 1,8 dəfə artıb”Bu gün, 13:37Nazir: Bu il adambaşına düşən ÜDM-in 7200 dollar olacağı gözlənilirBu gün, 13:21MEDİA onlayn media subyektlərinə dəstək üçün müsabiqə elan edibBu gün, 13:13Leysan xarakterli yağış yağacaq - Sabahın havasıBu gün, 13:04PAŞA Sığorta könüllü əmlak sığortası əldə edən müştərilərə avtomobil qazanmaq şansı təqdim edir!Bu gün, 13:00Aralarında vəzifəli şəxslərin də olduğu mütəşəkkil dəstənin cinayət işi məhkəməyə göndərilibBu gün, 12:49
Bütün xəbərlər