Zərdabda bir ailənin altı üzvü qəzaya düşüb | 1news.az | Xəbərlər
Cəmiyyət

Zərdabda bir ailənin altı üzvü qəzaya düşüb

S.Xankişiyeva17:33 - 03 / 01 / 2022
Zərdabda bir ailənin altı üzvü qəzaya düşüb

Zərdab rayonunda bir ailənin altı üzvü qəzaya düşüb, qadın ölüb.

1news.az-ın verdiyi xəbərə görə, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, yanvarın 2-i saat 13 radələrində rayonun Şıxbağı kəndi ərazisində Bakı şəhər sakini E.Qasımov idarə etdiyi “VAZ-21015” markalı avtomobili yolun kənarındakı beton maneəyə vurub. Nəticədə sərnişini olan həyat yoldaşı Nazilə xəstəxanaya aparılarkən yolda ölüb, özü və digər sərnişinləri - gəlini və 3 nəvəsi xəstəxanaya yerləşdiriliblər.

Zərdab Rayon Polis Şöbəsində araşdırma aparılır.

Paylaş:
419

Son xəbərlər

Bütün xəbərlər