Nazarbayev Təhlükəsizlik Şurasının sədri postundan azad edilib | 1news.az | Xəbərlər
Dünya

Nazarbayev Təhlükəsizlik Şurasının sədri postundan azad edilib

17:33 - 05 / 01 / 2022
Nazarbayev Təhlükəsizlik Şurasının sədri postundan azad edilib

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev bu gündən Milli Təhlükəsizlik Şurasının sədri səlahiyyətlərini icra edəcəyini bəyan edib.

1news.az xəbər verir ki, APA-nın RİA “Novosti”yə istinadən verdiyi xəbərə görə, o, bu barədə bu gün xalqa müraciəti zamanı bildirib.

Qeyd edək ki, Kasım-Jomart Tokayev bu vəzifədə sabiq prezident Nursultan Nazarbayevi əvəz edib.

Xatırladaq ki, 4 il əvvəl N. Nazarbayev Prezident postundan istefa verdikdən sonra Milli Təhlükəsizlik Şurasına ömürlük sədr seçilmişdi.

Paylaş:
441

Son xəbərlər

Bütün xəbərlər