Qazaxıstanda “Omikron” ştamı aşkarlanıb | 1news.az | Xəbərlər
Dünya

Qazaxıstanda “Omikron” ştamı aşkarlanıb

S.Xankişiyeva17:42 - 06 / 01 / 2022
Qazaxıstanda “Omikron” ştamı aşkarlanıb

Qazaxıstanda koronavirusun “Omikron” ştamına yoluxma faktı qeydə alınıb.

1news.az-ın Report-a istinadla verdiyi xəbərə görə, bunu ölkənin Səhiyyə Nazirliyi açıqlayıb.

Bildirilib ki, paytaxt Nur-Sultanda 1, Almatıda isə 7 nəfərdə koronavirusun “Omikron” ştamı aşkarlanıb.

Qeyd edək ki, yanvarın 2-dən Qazaxıstanın Janaozen və Aktau şəhərlərində etiraz aksiyaları başlayıb. Kütləvi toplaşma ilə nəticələnən etiraz aksiyaları ölkənin digər bölgələrinə yayılıb. Şəhər sakinləri maye qazının ikiqat bahalaşmasına etiraz olaraq küçələrə çıxıblar. Hazırda etirazların mərkəzi ölkənin Almatı şəhəridir.

Paylaş:
431

Son xəbərlər

Bütün xəbərlər