Özünü FHN polkovniki kimi təqdim edən şəxs beynəlxalq axtarışa verilib | 1news.az | Xəbərlər
Cəmiyyət

Özünü FHN polkovniki kimi təqdim edən şəxs beynəlxalq axtarışa verilib

S.Xankişiyeva11:00 - 06 / 01 / 2022
Özünü FHN polkovniki kimi təqdim edən şəxs beynəlxalq axtarışa verilib

Özünü Fövqəladə Hallar Nazirliyinin (FHN) polkovnik rütbəli əməkdaşı kimi təqdim edərək Türkiyənin Marmaris Bələdiyyəsinin sədri Mehmet Oktayla görüşən Rasim Əhmədlinin beynəlxalq axtarışa verildiyi məlum olub.

1news.az-ın verdiyi xəbərə görə, Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin rəisi polis polkovniki Ehsan Zahidov bildirib ki, R.Əhmədli əvvəllər Cinayət Məcəlləsinin bir neçə maddəsi ilə məhkumluq həyatı yaşayıb.

Onun sözlərinə görə, R.Əhmədli 2021-ci ilin noyabr ayından dələduzluq maddəsi ilə beynəlxalq axtarışa verilib: “Rasim Əhmədlinin yerinin müəyyən edilib saxlanılması istiqamətində müvafiq tədbirlər həyata keçirilir”.

Xatırladaq ki, Türkiyənin Marmaris Bələdiyyəsinin sədri Mehmet Oktay sosial şəbəkədə etdiyi paylaşımda bildirib ki, 2021-ci ilin avqust ayında Türkiyədə baş verən meşə yanğınları zamanı Azərbaycanın FHN-nin polkovniki Rasim Əhmədli rəhbərlik etdiyi heyətlə Marmarisə gələrək təbii fəlakətlə mübarizə aparıb. M.Oktay həmin şəxslə yenidən görüşdüyünü yazıb. Bələdiyyə sədri özünü FHN polkovniki kimi təqdim edən şəxə plaket təqdim edib və görüşdən çəkilən fotoları sosial şəbəkə səhifəsində paylaşıb.

Bələdiyyə sədrinin paylaşımından sonra Türkiyə mətbuatı məsələ ilə bağlı araşdırma aparıb. Məlum olub ki, heç bir mənbədə Azərbaycan FHN-də Rasim Əhmədli adlı şəxsin işlədiyinə dair məlumat yoxdur.

FHN-in Mətbuat Xidmətinin rəisi Gülçin Mehdiyeva da bildirib ki, həmin şəxs nazirlikdə işləmir.

Yalanı ilə gündəm olan “polkovnik” Rasim əslində kimdir? - VİDEO

Paylaş:
468

Son xəbərlər

Azərbaycan Ordusunun qırıcıları şərti hava kəşfiyyatı aparıblar - VİDEOBu gün, 15:3831 il əvvəl törədilmiş qəsdən adam öldürmə cinayətinin üstü açılıbBu gün, 15:22Nazirlərin, komitə sədrlərinin dekabrda olan qəbul cədvəli açıqlandıBu gün, 15:08Lənkəranda 3 nəfərin xəsarət alması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş veribBu gün, 15:05Gövhər Baxşəliyeva “Şöhrət” ordeni ilə təltif edilibBu gün, 14:42Azərbaycanda yeni bələdiyyələr yaradıldı - SİYAHIBu gün, 14:23“Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı”nda dəyişiklik - Prezidentdən SƏRƏNCAMBu gün, 14:14Azad edilmiş ərazilərdə daha 213 mina, 862 PHS aşkarlanıbBu gün, 14:09Yanğın təhlükəsi olan obyektin fəaliyyəti dayandırılıbBu gün, 13:46“Azərbaycanda aktiv vergi ödəyicilərinin sayı 2019-cu ilə nisbətən 1,8 dəfə artıb”Bu gün, 13:37Nazir: Bu il adambaşına düşən ÜDM-in 7200 dollar olacağı gözlənilirBu gün, 13:21MEDİA onlayn media subyektlərinə dəstək üçün müsabiqə elan edibBu gün, 13:13Leysan xarakterli yağış yağacaq - Sabahın havasıBu gün, 13:04PAŞA Sığorta könüllü əmlak sığortası əldə edən müştərilərə avtomobil qazanmaq şansı təqdim edir!Bu gün, 13:00Aralarında vəzifəli şəxslərin də olduğu mütəşəkkil dəstənin cinayət işi məhkəməyə göndərilibBu gün, 12:49“Kartdan-karta” üsulu ilə işləyən daha 258 sahibkara cərimə yazılsıBu gün, 12:31Azərbaycan-İran xüsusi təyinatlılarının “Araz – 2024” birgə taktiki təlimi keçirilirBu gün, 12:21Könüllülər COP29 günlərində xidmət göstərən ADY-nin gücünə güc qatdılarBu gün, 12:12Prezident Surinamın dövlət başçısını təbrik edibBu gün, 12:09MEDİA çap mediası subyektlərinə dəstək üçün müsabiqə elan edibBu gün, 12:09
Bütün xəbərlər