KTMT kollektiv ordusunun Qazaxıstana yeridilməsi: terrorçulardan müdafiə yoxsa suverenliyin itirilməsi? | 1news.az | Xəbərlər
Köşə

KTMT kollektiv ordusunun Qazaxıstana yeridilməsi: terrorçulardan müdafiə yoxsa suverenliyin itirilməsi?

S.Xankişiyeva21:35 - 08 / 01 / 2022
KTMT kollektiv ordusunun Qazaxıstana yeridilməsi: terrorçulardan müdafiə yoxsa suverenliyin itirilməsi?

Qazaxıstan prezidenti Qasım-Jomart Tokayev cümə günü yardım haqqında müraciətinə tez reaksiya verdikləri üçün Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) üzrə müttəfiqlərinə minnətdarlığını bildirib.

“KTMT-nin Nizamnamə sənədlərinin əsas müddəalarından çıxış edərək, Qazaxıstan konstitusiya quruluşunun mühafizəsində yardım göstərmək üçün iştirakçı dövlətlərin başçılarına birləşmiş sülhməramlı kontingentin yeridilməsi xahişi ilə müraciət edib”, - Tokayevin davam edən iğtişaşlarla əlaqədar xalqa müraciətində deyilir.

Onun sözlərinə görə, KTMT-nin sülhməramlı kontingenti Qazaxıstana mühafizə və təminat funksiyalarını yerinə yetirmək üçün qısa müddətə gəlib.

Xatırladaq ki, yanvarın 5-də Tokayev ölkədəki vəziyyəti “dövlətin bütövlüyünün pozulması” və “xaricdə hazırlanan bandit qrupların soxulması” kimi dəyərləndirib və bunun əsasında “terror təhlükəsinin aradan qaldırılmasına” yardım məqsədi ilə KTMT-yə müraciət edib.

KTMT-nin kollektiv təhlükəsizlik şurası həmin gecədəcə kollektiv sülhməramlı qüvvələrin Qazaxıstana göndərilməsinə dair qərar qəbul edib. İlk birləşmələr artıq ölkəyə gəliblər.

Bu, KTMT tarixində ilk haldır ki, təşkilat kollektiv ordunu üzv ölkələrdən birinə göndərib. Dünyanın bir çox ölkələrində bir çox siyasətçilərdə, ekspertlərdə, ictimai xadimlərdə və sadə insanlarda bu addımın qanuniliyi barədə suallar yarandı. Axı KTMT-nin Nizamnaməsi üzv-ölkələrin qarşılıqlı yardımını yalnız xarici təcavüz halında nəzərdə tutur.

Qazaxıstan hakimiyyətinin ölkədə KTMT qüvvələrinin yerləşdirilməsinə dair xahişinin qanuniliyi haqqında Ağ evin “sualları var”. ABŞ Dövlət Departamenti həmçinin Qazaxıstan hakimiyyətindən KTMT-nin sülhməramlı kontingentinin ölkəyə yeridilməsinin zəruriliyinin nədən irəli gəlməsi barədə də cavab almağa ümid edir.

Avropa Şurası respublikaya hərbi-desant qüvvələrinin göndərilməsi fonunda Rusiyanı Qazaxıstanın suverenliyi və müstəqilliyinə hörmətlə yanaşmağa çağırıb. Avropa Komissiyasında bütün tərəfləri təmkinli olmağa dəvət ediblər. BMT-də təhlükəsizlik qüvvələrinin xalqın dinc nümayişlərə haqqını qorumasını vacib hesab edirlər.

Rusiyanın rəsmi nümayəndəsi KTMT-nin kollektiv qüvvələrinin Qazaxıstana göndərilməsinin qanuniliyini təşkilatın Nizamnaməsinə edilən hansısa dəyişikliklə əsaslandırdı.

“Bəli, digər belə hadisələr olmayıb. KTMT-nin Nizamnaməsində formal olaraq ölkədə qayda-qanunu yaratmağa yardım kimi məqsəd və vəzifələr olmayıb”, - RF-nin Dövlət Dumasının MDB, Avrasiya inteqrasiyası və həmvətənlərlə əlaqələr işləri üzrə Komitə sədrinin birinci müavini Konstantin Zatulin “RİA Novosti”yə deyib.

“Lakin 2000-ci illərdə Nizamnaməyə düzəliş edildikdən sonra, ora qeyd əlavə olundu. Ona müvafiq olaraq üzv-dövlətlərin hakimiyyətləri daxili sabitliyin pozulması halında qayda-qanunun yaradılması məqsədi ilə KTMT-yə yardım üçün müraciət edə bilərlər. Məhz bunun əsasında hazırda əməliyyat keçirilir”, - o əlavə edib.

Zatulinin sözlərinə görə, əməliyyat daha çox nümayişkaranə xarakter daşıyır, çünki KTMT kontingenti təqribən 3600 nəfərdən ibarətdir, bu isə çoxmilyonluq Qazaxıstan üçün “dənizdə bir damladır”. Missiyanın əsas məramı – hazırki prezidentin hakimiyyətinin dəstəklənməsini göstərməkdir.

Yanvarın 2-də Qazaxıstanın qərb bölgələrində başlayan mitinqlər tezliklə kütləvi xarakter aldı və qarət və talanla müşahidə edilərək, bütün ölkəni əhatə etdi.

Yanvarın 5-nin səhəri Qazaxıstan hökuməti istefaya göndərildi, bütün ölkə ərazisində fövqəladə vəziyyət rejimi tətbiq olundu, bütün bank və maliyyə təşkilatlarının fəaliyyəti dayandırıldı, ölkə sərhədləri əcnəbilər üçün bağlandı. Hakimiyyət minlərlə saxlanılanlar və hüquq mühafizəçilərindən 10-dan çox insanın öldüyünü bildirir. Etirazçılar arasında həlak olanlar və zərərçəkənlər barədə məlumat verilməyib.

Qazaxıstanda xarici hərbi qüvvələrin gəlməsinə şad deyillər.

Cəmiyyətdəki əhval-ruhiyyədən danışarkən, qazaxıstanlı jurnalist və sənədşünas Lukpan Əhmədyarov qeyd edir ki, xalq KTMT hərbi qüvvələrinin yardımına müraciətdən son dərəcə narazıdır.

O düşünür ki, rusiyalı hərbçilərin, hətta sülhməramlı olsa belə, Qazaxıstan ərazisində mövcudluğu vəziyyəti kəskinləşdirə bilər: “Rusiya karvanlarını Qazaxıstanda gül dəstələri ilə qarşılayacaqlarını gözləməyinə qətiyyən dəyməz. Neqativ olacaq və bu “Rusiya” və “rus” sözləri ilə assosiasiya ediləcək”, - “Exo Moskvı” efirində o deyib.

Eyni zamanda Lukpan Əhmədyarov istisna etmir ki, prezident Tokayev KTMT-yə yardım üçün müraciət etmək məcburiyyətində qalıb, çünki özü vəziyyətin öhdəsindən gəlmək iqtidarında olmayıb. Prezidentin vəziyyətə nəzarət edə bilməməsini jurnalist ölkədəki dövlət institutlarının faktiki olaraq prezidentə tabe olmamaları, digər siyasi elitaların maraqlarına qulluq etmələri ilə izah edir.

O əmindir: “Döyüş silahları arsenalları və anbarlarının belə asanlıqla talançılara təslim olması məhz bu barədə xəbər verir”. Və əlavə edir: “Ölkədə polis, Milli Təhlükəsizlik Komitəsi var, lakin onlar nə üçünsə prezidentin əmrlərini qulaqardına vururlar və Almatıda asayişin yaradılmasından özlərini kənarlaşdırıblar”.

Tanınmış qazaxıstanlı politoloq, “Risklərin dəyərləndirməsi qrupu”nun direktoru Dosım Satpayev belə fikir söyləyib ki, prezident Tokayev hərbi yardım üçün KTMT-yə müraciəti ilə ölkənin suverenliyinin itirilməsinə doğru ilk addımı atıb.

“Belə bir müraciətlə Tokayev yalnız Qazaxıstanda hakimiyyətin bütün zəifliyini və bacarıqsızlığını nümayiş etdirmədi, o həm də Rusiyaya borclu oldu. Bəs hanı bizim güc strukturlarımız? Çox güman onları talançıların öhdəsindən gəlməyi deyil, dinc etirazçıları həbs etməyi və müxalifətlə mübarizə aparmağı öyrədiblər”, - ekspert sosial şəbəkədə öz hesabında yazıb.

Qonşu Qazaxıstandakı hadisələrin inkişafı diqqətlə izlənilən Azərbaycanda da prezident Tokayevin çıxılmaz vəziyyətə düşməsi və KTMT-yə müraciətinin məcburiyyəti barədə fikir söylənildi.

“Qazaxıstandakı hadisələr ölkə rəhbərliyini KTMT-yə dəstək üçün müraciət etməyə məcbur etdi. Hüquq mühafizəçilərinin aşkar sabotajı və qiyamın təxribatı vəziyyəti təhlükəli vətəndaş müharibəsi həddimə çatdırırdı”, - tanınmış politoloq Fərhad Məmmədov öz “FM fikri” Telegram kanalında yazır.

“Bu qərar nə qədər düzgün idi – zaman göstərəcək, lakin daxili qiyamın yatırılması üçün hətta müttəfiqlərə müraciət böhranın və hakimiyyətdəki qruplar arasındakı qarşıdurmanın nə dərəcədə dərin inkişaf etdiyini göstərir”, - o yazır.

Onun proqnozlarına görə, yaxın perspektivdə Qazaxıstanın legitim hökuməti qarşısında mürəkkəb məsələlər dayanır ki, onların sırasında aşağıdakılar da var:

- ən qısa zamanda ölkədən KTMT dövlətlərinin ordusunu çıxarmaq;

- cəmiyyətdə suverenliyin məhdudlaşdırılması kimi qiymətləndirilə bilinəcək qərarlara getməməli, çünki bu etirazların yeni dalğasını qaldıra bilər.

“Ən vacib və mürəkkəb qərarların həyata keçirilməsi üçün yeganə və təsirli dəstək əhalinin dəstəyidir. Cəmiyyətin hakimiyyətə, dövlət institutlarına inamını bərpa etmək vacibdir. Nə qədər qəribə səslənsə də, lakin tarixin belə mərhələlərində sabitlik dövründə, maraqların qrupları mövcudluğunda keçirilməsi çətin ola bilən islahatları keçirmək mümkündür”, - Fərhad Məmmədov yazır.

Rusiyanın aparıcı siyasi analitiklərindən biri Fyodor Lukyanov KTMT-nin sülhməramlı kontingentinin Qazaxstana yeridilməsi barədə qərarı bütün postsovet məkanının inkişafında dönüş nöqtəsi adlandırıb.

“Xarici və daxili şərait arasında sərhəd pozulub. Üzv-ölkələrdən birində daxili xarakterli səbəblərlə əlaqəli (hakimiyyətin yubanmış və getdikcə dəbdəbəli tranziti ilə həmahəng struktur sosial-siyasi disbalansların toplanması) dövlət idarəçiliyinin çökməsi təhlükəsini hər hansı yubanmalar və düşüncələr olmadan xaricdən “terrorçu bandaların” təcavüzü kimi dəyərləndirmək qərara alınıb. Bu gündən düşmən – həmişə xaricidir, hətta daxildə olsa belə”, - o yazır.

“Bu, KTMT-nin əl-qolunu bağlayan səddi aradan qaldırır, təşkilatın dəvət olunması və onun fəaliyyətləri üçün formal əsas verir. Nə Qırğızıstanda (orda isə bu qəbildən olan hadisələrin təkrarlanması az qala normadır), nə 3,5 il öncə Ermənistanda belə şey olmayıb. O zaman KTMT də (oxu: Moskva), ölkələrin özləri də hər vəchlə proseslərin daxili xarakterini və xaricdən qüvvə cəlb edilməsinə ehtiyac olmadığını vurğulayırdılar”, - “Rusiya qlobal siyasətdə” jurnalının baş redaktoru, xarici və müdafiə siyasəti üzrə Şuranın sədri Lukyanovun müəllif məqaləsində deyilir.

O, həmçinin sülhməramlıların göndərilməsinə dair tələbin legitimliyi şübhə altına alınmayan hökumət tərəfindən göndərilməsi faktına diqqət çəkib. “Hətta etirazçılar açıq şəkildə indiki deyil, sabiq prezidentin getməsini tələb edirdilər”, - o yazır.

Digər tanınmış rusiyalı jurnalist Andrey Karaulov Rusiya ordusunun Qazaxıstana yeridilməsini kəskin qınayaraq, ümumiyyətlə bu qərarı sovet ordusunun Bakıya qanlı təcavüzü ilə müqayisə edib. Özünün YouTube-dəki müəllif verilişində o qeyd edir ki, sazişə uyğun olaraq, Rusiya və KTMT-nin digər ölkələrinin ordunu Qazaxıstana göndərmək hüquqları yox idi.

“Anlamaq lazımdır ki, Rosqvardiyanı deyil, desantçıları yeridirlər. Eyni ilə 1990 ildə desantçıların Bakıya daxil olması kimi. Biz “Qanlı yanvar”ı xatırlayırıq. O zaman general Lebedin desantçıları şəhərin sadə sakinlərini süngülərlə qətlə yetirdilər və üzərlərindən zirehli transportyorlar sürdülər. Bütün qurbanlar Bakıda Xiyabanda dəfn ediliblər. Nəhəng qəbiristanlıqdı. Oranı prezident Putin də ziyarət edib, həlak olanların məzarlarına gül qoyub”, - o deyib.

Jurnalist bu gün Rusiyada heç kimin ordunun Qazaxıstana yeridilməsinə etiraz etmədiyindən təəccübünü ifadə edib.

Mövzu ilə əlaqədar oxuyun:

Fikrət Sadıxov: Təxribatlar 20 Yanvar hadisələri zamanı Bakıda da olub, bu gün də Qazaxıstanda mövcuddur

Qazaxıstanda matəm elan olunub

Nazarbayev xalqı Tokayevin ətrafında sıx birləşməyə çağırıb

Qazaxıstan Milli Təhlükəsizlik Komitəsinin sabiq sədri saxlanılıb

Hazırladı: Yelena Ostapenko

Paylaş:
1386

Sizin üçün xəbərlər

Son xəbərlər

Lüksemburq parlamentinin qəbul etdiyi sənəd yararsız kağız parçasından başqa bir şey deyil - ŞƏRH21 / 11 / 2024, 20:24Azərbaycan XİN Pakistana başsağlığı verib21 / 11 / 2024, 17:42Hesablama Palatası: Dəfn müavinəti üçün tələb olunan vəsaitin məbləğinə yenidən baxıla bilər21 / 11 / 2024, 17:23Xaçmazdakı qəzada ölən və yaralananların şəxsiyyəti müəyyən edilib - YENİLƏNİB21 / 11 / 2024, 17:17Mikayıl Cabbarov “PowerChina Resources Ltd.” şirkətinin prezidenti ilə görüş keçirdi21 / 11 / 2024, 16:59COP29-u dünyaya və ölkəyə çatdıran media nümayəndələri - FOTOREPORTAJ21 / 11 / 2024, 16:54Dövlət Tərcümə Mərkəzi və Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzi ləğv edilir21 / 11 / 2024, 16:53Gəncədə qadın sirkə içib öldü21 / 11 / 2024, 16:43Leyla Əliyeva COP29 çərçivəsində nadir canlıların mühafizəsinə həsr olunan panel müzakirələrində iştirak edib21 / 11 / 2024, 16:24Antoni Quterreş Bakıda iqlim maliyyəsi ilə bağlı çağırış etdi21 / 11 / 2024, 16:10Gömrük orqanlarına xidmətə qəbul üçün müsabiqə elan edilib21 / 11 / 2024, 16:02Adil Kərimli İranın mədəni irs, turizm və sənətkarlıq naziri ilə görüşüb21 / 11 / 2024, 15:47“Rhenus Group” beynəlxalq logistika xidmətləri şirkəti ADY ilə əməkdaşlıqda maraqlıdır21 / 11 / 2024, 15:44Ceyhun Bayramov misirli həmkarı ilə ikitərəfli və çoxtərəfli əlaqələri müzakirə edib21 / 11 / 2024, 15:39Elm və təhsil naziri Balakəndə vətəndaşların müraciətlərini dinləyəcək21 / 11 / 2024, 15:06Pirşağı dairəsində müvəqqəti işıqforlar quraşdırıldı21 / 11 / 2024, 14:45İsmail Belen: Meşələr iqlim dəyişikliyi ilə mübarizədə önəmli rol oynayır21 / 11 / 2024, 14:20Mikayıl Cabbarov Yanq Tianfu ilə görüşüb21 / 11 / 2024, 14:14Azərbaycanda yaşıl texnologiyalar əsasında iki yeni data mərkəzi tikiləcək21 / 11 / 2024, 13:56Lənkəranda avtomobil qadını vurub öldürdü21 / 11 / 2024, 13:46
Bütün xəbərlər