Nazarbayev xalqı Tokayevin ətrafında sıx birləşməyə çağırıb | 1news.az | Xəbərlər
Dünya

Nazarbayev xalqı Tokayevin ətrafında sıx birləşməyə çağırıb

S.Xankişiyeva11:23 - 08 / 01 / 2022
Nazarbayev xalqı Tokayevin ətrafında sıx birləşməyə çağırıb

Qazaxıstanın sabiq prezidenti Nursultan Nazarbayev hazırda paytaxt Nur-Sultandadır və prezident Kasım-Jomart Tokayevlə daim əlaqədədir.

1news.az-ın Trend-ə istinadla verdiyi xəbərə görə, bunu N.Nazarbayevin mətbuat katibi Aydos Ukibay bildirib.

"Yalan və spekulyativ məlumatlar yaymamağı xahiş edirik. Nursultan Nazarbayev məşvərət görüşləri keçirir və prezident Kasım-Jomart Tokayevlə daim əlaqədədir. Bundan başqa, N.Nazarbayevin bir sıra ölkə rəhbərləri ilə telefon danışıqları olub", - deyə o bildirib.

Mətbuat katibi əlavə edib ki, sabiq prezident çətinliklərin öhdəsindən gəlmək üçün hər kəsi K.Tokayevin ətrafında sıx birləşməyə çağırır.

Paylaş:
683

Son xəbərlər

Yardımlıda zəlzələ olub

19 / 04 / 2025, 17:16
Bütün xəbərlər