Fikrət Sadıxov: Təxribatlar 20 Yanvar hadisələri zamanı Bakıda da olub, bu gün də Qazaxıstanda mövcuddur | 1news.az | Xəbərlər
Siyasət

Fikrət Sadıxov: Təxribatlar 20 Yanvar hadisələri zamanı Bakıda da olub, bu gün də Qazaxıstanda mövcuddur

S.Xankişiyeva17:02 - 08 / 01 / 2022
Fikrət Sadıxov: Təxribatlar 20 Yanvar hadisələri zamanı Bakıda da olub, bu gün də Qazaxıstanda mövcuddur

Sovet və rusiyalı jurnalist Andrey Karaulov Rusiya ordusunun Qazaxıstandakı iğtişaşları yatırmaq üçün ölkəyə daxil olmasını pisləyərək, bunu sovet ordusunun Bakıya yeridilməsi ilə müqayisə edib.

“Rosqvardiyanı deyil, desantçıları yeridirlər. Eynən 1990-cı ilin yanvarında desantçılar Bakıya daxil olduğu kimi. O zaman Bakıda general Lebedin desantçıları insanları süngü ilə qətl etdilər və üzərlərindən zirehli nəqliyyatlarla keçdilər. Həm südəmər körpə, həm 92 yaşlı qoca onların qurbanı oldu”, - Andrey Karaulov deyib.

Bunu şərh edərək, tanınmış politoloq, Qərbi Xəzər Universitetinin professoru Fikrət Sadıxov 1news.az-a bəyan edib ki, təxribat və təhrikçilik həmin dövrdə Azərbaycanda da olub, bu gün Qazaxıstanda da var.

“Bu kədərli nəticələrə gətirib çıxarır, günahsız vətəndaşların, tamamilə heç bir işə qarışmayan insanların qanı tökülür”, - o deyib.

Politoloq xatırladıb ki, Qanlı Yanvar hadisələrindən sonra Karaulov Bakıya gələrək, xalqımızla həmrəylik nümayiş etdirib.

F.Sadıxov həmçinin KTMT ordusunun Qazaxıstana yeridilməsinin əsassız olmasına diqqət çəkib.

“Qazaxıstanda xarici təhlükənin açıq şəkildə göstərilməməsi, hər halda, heç bir dövlətin Qazaxıstan ərazisini ələ keçirməməsi və ya ələ keçirməyə cəhd etməməsi, o zaman KTMT Nizamnaməsinə uyğun olaraq bu qoşunların yeridilməsi böyük suallar və şübhələr yaradır”, - o deyib.

Politoloq bildirib ki, Nizamnaməyə uyğun olaraq Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından (KTMT) yalnız xarici təhlükə zamanı istifadə edilə bilər.

“Düzdür, Qazaxıstan rəhbərliyi bunu hansısa xarici faktorlarla əsaslandırır, lakin bu hələ sübuta yetirilməyib. Bu gün belə sübutlar nəzərə çarpmır”, - o ehtimal edir.

Politoloq hesab edir ki, bu heç də yaxşı presedent deyil, çünki ölkə daxilindəki belə məsələlər xarici ordunu daxili iğtişaşları yatırmaq üçün dəvət etmək üçün kifayət qədər əsas hesab edilə bilməz.

Mövzu ilə əlaqədar oxuyun:

Qazaxıstanda matəm elan olunub

Nazarbayev xalqı Tokayevin ətrafında sıx birləşməyə çağırıb

Qazaxıstan Milli Təhlükəsizlik Komitəsinin sabiq sədri saxlanılıb

Paylaş:
1164

Son xəbərlər

Yardımlıda zəlzələ olub

19 / 04 / 2025, 17:16
Bütün xəbərlər