Qazaxıstan Milli Təhlükəsizlik Komitəsinin sabiq sədri saxlanılıb | 1news.az | Xəbərlər
Dünya

Qazaxıstan Milli Təhlükəsizlik Komitəsinin sabiq sədri saxlanılıb

S.Xankişiyeva10:09 - 08 / 01 / 2022
Qazaxıstan Milli Təhlükəsizlik Komitəsinin sabiq sədri saxlanılıb

Qazaxıstan Milli Təhlükəsizlik Komitəsinin sabiq sədri Kərim Məsimov dövlətə xəyanət ittihamı ilə saxlanılıb.

1news.az-ın TASS-a istinadla verdiyi xəbərə görə, bu barədə Komitənin mətbuat xidməti bildirib.

Məlumatda qeyd olunur ki, Milli Təhlükəsizlik Komitəsi yanvarın 6-da Cinayət Məcəlləsinin dövlətə xəyanət maddəsi ilə cinayəti işi başlayıb.

Cinayət işi çərçivəsində K.Məsimovla yanaşı daha bir neçə şəxs saxlanılıb.

Bununla bağlı daha ətraflı məlumat verilməyib.

Paylaş:
632

Son xəbərlər

Yardımlıda zəlzələ olub

19 / 04 / 2025, 17:16
Bütün xəbərlər