Qazaxıstanda yeni hökumətin tərkibi təsdiqlənib
Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev yeni hökumətin tərkibini təsdiqləyib.
1news.az TASS-a istinadən xəbər verir ki, o, bu barədə müvafiq sərəncam imzalayıb.
Yeni hökumətdə baş nazirin birinci müavini vəzifəsinə Roman Sklyar təyin olunub. Baş nazirin müavinləri isə Yeralı Tuqjanov, Muxtar Tleuberdı və Baxıt Sultanov olacaq.
Parlamentin aşağı palatası yeni hökumətdə təmsil olunacaq nazirlərin tam siyahısını hazırlayıb. Yeni hökumətdə müdafə, daxili işlər və xarici işlər nazirləri öz postunu saxlayıb. Bolat Akçulakov energetika naziri vəzifəsində Maqzum Mirzaqaliyevi əvəz edib.
Xatırladaq ki, Prezident Kasım-Jomart Tokayev parlamentdə çıxışı zamanı Baş nazir postuna Əlixan Smailovun namizədliyini irəli sürüb.
1news.az