COVID-19-dan ölən hamilələrin sayı açıqlanıb – STATİSTİKA | 1news.az | Xəbərlər
Cəmiyyət

COVID-19-dan ölən hamilələrin sayı açıqlanıb – STATİSTİKA

S.Xankişiyeva10:27 - 11 / 01 / 2022
COVID-19-dan ölən hamilələrin sayı açıqlanıb – STATİSTİKA

Son bir ildə Kliniki Tibbi Mərkəzə COVID-19-a yoluxmuş 939 hamilə və zahı qadın yerləşdirilib ki, onlardan da 260-nın vəziyyəti kritik ağır olub.

Ölkə üzrə koronavirusa yoluxan və vəziyyəti ağırlaşan hamilə qadınların yerləşdirildiyi Kliniki Tibbi Mərkəzdən 1news.az-a verilən məlumata görə, həkimlərin səylərinə baxmayaraq, Mərkəzə yerləşdirilən və vəziyyətləri olduqca ağır olan 260 hamilə qadından 20-nin həyatını xilas etmək mümkün olmayıb.

"Koronavirusa yoluxmuş 903 hamilə qadından 287-si (75-i birbaşa doğum zalına aparılıb) övladını dünyaya gətirib, 39-u isə düşüklə nəticələnib. 577 hamilə qadının vəziyyəti yaxşılaşdığı üçün evə buraxılıb.

Dünyaya gələn uşaqlardan 7-si diri doğulsa da, ağciyər çatışmazlığı səbəbindən vəfat edib", - məlumatda bildirilir.

Mərkəz bildirib ki, hamilə qadınların digərləri ilə müqayisədə COVID-19-a yoluxma şanslarının daha yüksək olub-olmadığı və ya daha ağır keçirib-keçirmədikləri məlum deyil: "Hamilə qadınların yaşadıqları fizioloji dəyişikliklər onların bəzi infeksiyalara yoluxma risklərini artıra bilər. COVID-19 tipli eyni növdən olan viruslara və ya qrip kimi digər tənəffüs yoluxucu infeksiyalara yoluxmuş qadınlarda xəstəliyin ağırlaşma riski daha yüksəkdir. Buna görə də hamilə qadınların həmişə özlərini xəstəliklərdən qorumaları şərtdir.

Xəstəlikdən qorunmaq üçün isə gigiyena qaydalarına tam əməl etmək, sosial məsafə saxlamaq və insanların çox olduğu yerlərdən uzaq olmaq lazımdır.

Xatırladaq ki, Səhiyyə Nazirliyi risk qrupuna daxil olan hamilə qadınları (yaşı 35-dən yuxarı olanlar, piylənmə, diabet, hipertenziya, böyrək və qaraciyər xroniki xəstəlikləri, autoimmun sistem xəstəliklərindən əziyyət çəkənlər, çoxdöllük və s.) hamiləliyin 12 həftəsindən sonra “Pfizer” vaksini ilə peyvənd olunmağı tövsiyə edir.

Eyni zamanda, hazırda risk qrupuna daxil olmayan hamilə qadınlar da, hamiləliyin 12 həftəsindən sonra yazılı razılıqları əsasında “Pfizer” vaksini ilə peyvənd oluna bilərlər,"-məlumatda bildirilir.

Mövzu ilə əlaqədar oxuyun:

Nazirlikdən hamilə qadınların vaksinasiyası ilə bağlı açıqlama: 12 həftədən sonra...

Bakıda hamilə qadın koronavirusdan öldü

COVID-19 peyvəndi qadınlarda və ya kişilərdə sonsuzluğa səbəb olur? - Nazirliyin ekspertindən CAVAB

Hamiləliklə bağlı əks-göstəriş sertifikatı hamiləlik müddətindən asılı olaraq veriləcək

Paylaş:
585

Son xəbərlər

Gövhər Baxşəliyeva “Şöhrət” ordeni ilə təltif edilibBu gün, 14:42Azərbaycanda yeni bələdiyyələr yaradıldı - SİYAHIBu gün, 14:23“Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı”nda dəyişiklik - Prezidentdən SƏRƏNCAMBu gün, 14:14Azad edilmiş ərazilərdə daha 213 mina, 862 PHS aşkarlanıbBu gün, 14:09Yanğın təhlükəsi olan obyektin fəaliyyəti dayandırılıbBu gün, 13:46“Azərbaycanda aktiv vergi ödəyicilərinin sayı 2019-cu ilə nisbətən 1,8 dəfə artıb”Bu gün, 13:37Nazir: Bu il adambaşına düşən ÜDM-in 7200 dollar olacağı gözlənilirBu gün, 13:21MEDİA onlayn media subyektlərinə dəstək üçün müsabiqə elan edibBu gün, 13:13Leysan xarakterli yağış yağacaq - Sabahın havasıBu gün, 13:04PAŞA Sığorta könüllü əmlak sığortası əldə edən müştərilərə avtomobil qazanmaq şansı təqdim edir!Bu gün, 13:00Aralarında vəzifəli şəxslərin də olduğu mütəşəkkil dəstənin cinayət işi məhkəməyə göndərilibBu gün, 12:49“Kartdan-karta” üsulu ilə işləyən daha 258 sahibkara cərimə yazılsıBu gün, 12:31Azərbaycan-İran xüsusi təyinatlılarının “Araz – 2024” birgə taktiki təlimi keçirilirBu gün, 12:21Könüllülər COP29 günlərində xidmət göstərən ADY-nin gücünə güc qatdılarBu gün, 12:12Prezident Surinamın dövlət başçısını təbrik edibBu gün, 12:09MEDİA çap mediası subyektlərinə dəstək üçün müsabiqə elan edibBu gün, 12:09İlham Əliyev Bosniya və Herseqovinanın rəhbərinə təbrik məktubu ünvanlayıbBu gün, 12:08Azər Əmiraslanov: “Gələn il sosial paket 3 milyon insanı əhatə edəcək”Bu gün, 11:58Leysan yağacaq - XƏBƏRDARLIQBu gün, 11:47Sahibə Qafarova: Bu il iqtisadiyyatın əsas sektorlarında mühüm uğurlar müşahidə edilirBu gün, 11:35
Bütün xəbərlər