Ukraynada akademik Zərifə Əliyeva adına məktəbin bir qrup müəllimi təltif edilib | 1news.az | Xəbərlər
Rəsmi

Ukraynada akademik Zərifə Əliyeva adına məktəbin bir qrup müəllimi təltif edilib

S.Xankişiyeva15:56 - 12 / 01 / 2022
Ukraynada akademik Zərifə Əliyeva adına məktəbin bir qrup müəllimi təltif edilib

Prezident İlham Əliyev Ukraynanın İrpen şəhəri akademik Zərifə Əliyeva adına 12 saylı orta ümumtəhsil məktəbinin müəllimlərinin təltif edilməsi haqqında sərəncam imzalayıb.

1news.az-ın dövlət başçısının rəsmi saytına istinadla verdiyi xəbərə görə, sərəncamda deyilir:

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycan Respublikası ilə Ukrayna arasında təhsil sahəsində əlaqələrin inkişafında xidmətlərinə görə Ukraynanın İrpen şəhəri akademik Zərifə Əliyeva adına 12 saylı orta ümumtəhsil məktəbinin aşağıdakı müəllimləri təltif edilsinlər:

“Dostluq” ordeni ilə

Antonenko Valentina Sergeyevna

“Tərəqqi” medalı ilə

Çumak Alla Mixaylovna

Krılaç Yuliya Anatoliyevna.

Paylaş:
615

Son xəbərlər

Bütün xəbərlər