Prezident: İqtisadi artım 5 faizdən çoxdur | 1news.az | Xəbərlər
İqtisadiyyat

Prezident: İqtisadi artım 5 faizdən çoxdur

Qafar Ağayev20:39 - 12 / 01 / 2022
Prezident: İqtisadi artım 5 faizdən çoxdur

Bu yaxınlarda artıq ilin yekunları mənə təqdim edildi və nəticələr də gözlənilən kimidir. İqtisadi artım 5 faizdən çoxdur. Çox gözəl göstəricidir. Xüsusilə, müharibədən çıxmış ölkə üçün.

1news.az xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 12-də yerli televiziya kanallarına müsahibəsində deyib.

“Ən sevindirici hal odur ki, qeyri-neft iqtisadiyyatımız 7,2 faiz artıb. Bu onu göstərir ki, qeyri-neft sektorunun inkişafı ilə bağlı bizim bütün planlarımız həyatda öz əksini tapır”, - dövlət başçısı bildirib.

Paylaş:
385

Son xəbərlər

Bütün xəbərlər