Türkiyə XİN: “Otuz il ərzində Türkiyə yaxşı gündə də, pis gündə də dostu və qardaşı Azərbaycanın yanında olub” | 1news.az | Xəbərlər
Siyasət

Türkiyə XİN: “Otuz il ərzində Türkiyə yaxşı gündə də, pis gündə də dostu və qardaşı Azərbaycanın yanında olub”

Qafar Ağayev10:40 - 14 / 01 / 2022
Türkiyə XİN: “Otuz il ərzində Türkiyə yaxşı gündə də, pis gündə də dostu və qardaşı Azərbaycanın yanında olub”

Şuşa Bəyannaməsi ilə müttəfiqlik səviyyəsinə qaldırılan əlaqələrimizi formalaşdıran bu iradə bundan sonra da davam edəcək.

1news.az-ın məlumatına görə, bu barədə Türkiyə Xarici İşlər Nazirliyi (XİN) Azərbaycanla diplomatik münasibətlərin yenidən təsis edilməsinin 30-cu ildönümü münasibətilə yaydığı bəyanatda deyilir.

"Bu gün biz dost və qardaş Azərbaycanla diplomatik münasibətlərimizin bərpasının 30 illiyini qeyd edirik. 1991-ci il oktyabrın 29-da Cümhuriyyətimizin 68-ci ildönümünü qeyd edərkən Azərbaycan beynəlxalq birliyin bərabər hüquqlu üzvü olması iradəsini qətiyyətlə ifadə etdi və həmin gün bizə ikiqat bayram bəxş etdi. Əslində Türkiyə gecikmədən Azərbaycan Respublikasını rəsmən tanıdı və Türkiyə Respublikası ilə Azərbaycan Respublikası arasında Diplomatik Münasibətlərin bərpasına dair Protokolun imzalanması ilə iki ölkə arasında diplomatik münasibətlər başlandı.Müstəqilliyini elan etdikdən sonra Azərbaycanla diplomatik əlaqələr quran ilk ölkə Türkiyə olub.

Aradan keçən otuz il ərzində Türkiyə yaxşı gündə də, pis gündə də dostu və qardaşı Azərbaycanın yanında olub. Qəhrəman Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsi ilə torpaqlarını işğaldan azad etməsindən sonra keçirdiyi böyük sevinclə bunu bir daha göstərdi. 2021-ci il iyunun 15-də imzalanmış Şuşa Bəyannaməsi ilə müttəfiqlik səviyyəsinə qaldırılan əlaqələrimizi formalaşdıran bu iradə bundan sonra da davam edəcək. Bu, Cümhuriyyətimizin qurucusu Qazi Mustafa Kamal Atatürkün “Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir” ifadəsinə, Ümummilli lider Heydər Əliyevin ifadə etdiyi “Bir millət, iki dövlət” şüarına yaraşan yanaşmadır. . Bu gün 30 il əvvəlkindən qat-qat güclü Türkiyə və daha güclü Azərbaycan var və iki ölkənin qardaşlığı və sıx əməkdaşlığı onların ortaq bölgələrində sülhün və sabitliyin böyük təminatına çevrilib. Azərbaycanla diplomatik münasibətlərimizin bərpasının 30-cu ildönümünü qeyd edərkən biz gələcəyə inamla baxır və ümumi rifah və inkişaf yolunda birgə çalışmaq iradəmizi bir daha təsdiqləyirik".

Paylaş:
328

Son xəbərlər

Ədalət Verdiyev həbs edildi25 / 11 / 2024, 18:19“Qarabağ” – “Lion” oyununa 17 mindən artıq bilet satılıb25 / 11 / 2024, 17:45Səfir məzunu olduğu məktəbdə şagirdlərlə görüşüb25 / 11 / 2024, 17:43Bakının bəzi ərazilərində qaz olmayacaq25 / 11 / 2024, 17:19DİM: İmtahanlarda buraxılış rejimini aparacaq qadın əməkdaşların seçimi üçün müsahibə başlanır25 / 11 / 2024, 17:12Vüqar Rəhimzadə: “Azərbaycan bütün sahələrdə malik olduğu imkanları təqdim etdi”25 / 11 / 2024, 16:50Bu gün Xalq yazıçısı İmran Qasımovun doğum günüdür25 / 11 / 2024, 16:37Vilayət Eyvazov Balakəndə qəbul keçirəcək25 / 11 / 2024, 16:36DYP-dən avtomobilini azyaşlılara həvalə edən şəxslərə MÜRACİƏT25 / 11 / 2024, 16:10Azərbaycan Ordusunun qırıcıları şərti hava kəşfiyyatı aparıblar - VİDEO25 / 11 / 2024, 15:38Yeni təcili tibbi yardım stansiyası istifadəyə verildi25 / 11 / 2024, 15:3731 il əvvəl törədilmiş qəsdən adam öldürmə cinayətinin üstü açılıb25 / 11 / 2024, 15:22Nazirlərin, komitə sədrlərinin dekabrda olan qəbul cədvəli açıqlandı25 / 11 / 2024, 15:08Lənkəranda 3 nəfərin xəsarət alması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib25 / 11 / 2024, 15:05Gövhər Baxşəliyeva “Şöhrət” ordeni ilə təltif edilib25 / 11 / 2024, 14:42Azərbaycanda yeni bələdiyyələr yaradıldı - SİYAHI25 / 11 / 2024, 14:23“Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı”nda dəyişiklik - Prezidentdən SƏRƏNCAM25 / 11 / 2024, 14:14Azad edilmiş ərazilərdə daha 213 mina, 862 PHS aşkarlanıb25 / 11 / 2024, 14:09Yanğın təhlükəsi olan obyektin fəaliyyəti dayandırılıb25 / 11 / 2024, 13:46“Azərbaycanda aktiv vergi ödəyicilərinin sayı 2019-cu ilə nisbətən 1,8 dəfə artıb”25 / 11 / 2024, 13:37
Bütün xəbərlər