İlham Əliyev: Ukraynaya bu səfər gələcək illər üçün də gözəl zəmin olacaq
Ərzaq təhlükəsizliyi ilə bağlı bu gün əldə edilmiş razılaşmalar Azərbaycana imkan verəcək ki, öz ərzaq təhlükəsizliyini daha geniş həcmdə təmin etsin.
Eyni zamanda, birgə müəssisələrin yaradılması, kənd təsərrüfatı məhsullarının emalı və ixracı ilə bağlı birgə fəaliyyət üçün bu gün zəmin yaradılmışdır.
1news.az-ın verdiyi xəbərə görə, bu barədə Ukraynada işgüzar səfərdə olan Azərbaycan Prezidenti İlham Əliyev mətbuata bəyanatında bildirib.
İki ölkə arasında əldə olunan razılaşmaları yenilik və əlaqələrimizdə bu sahə ilə bağlı atılan ən mühüm addımlardan biri kimi dəyərləndirən dvlətimizin başçısı deyib ki, bütün başqa sahələrdə də biz əməkdaşlığa açığıq.
“Bir daha demək istəyirəm ki, bizim əməkdaşlığımızın təməlində dostluq əlaqələri dayanır və ümid edirəm ki, bu gün ilin əvvəlində həyata keçirilən bu səfər həm bu ili ikitərəfli müstəvidə yaxşı nəticələrlə başa vurmağa xidmət göstərəcək, həm də gələcək illər üçün də gözəl zəmin olacaq”, - deyə Prezident İlham Əliyev əlavə edib.