Azərbaycan neftinin qiyməti 90 dolları ötüb
Dünya birjalarında neftin bu günə olan qiyməti açıqlanıb.
1news.az-ın AZƏRTAC-a istinadən verdiyi xəbərə görə, Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barelinin qiyməti 0,90 dollar artaraq 88,41 dollar, Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Light” markalı neftin bir barelinin qiyməti isə 1 dollar bahalaşaraq 86,43 dollar olub.
Qeyd edək ki, “Brent” markalı neftin qiyməti ötən gün 2014-cü ilin oktyabr ayından bəri ilk dəfə 87 dollar həddini keçib.
Azərbaycan neftinə gəlincə, “Azeri Light” markalı neftin bir barelinin qiyməti 0,72 dollar artaraq 90,56 dollar olub.
Qeyd edək ki, Azərbaycan neftinin bir bareli sonuncu dəfə 2014-cü il oktyabrın 30-da 90 dollardan baha (90,52) satılıb.
Xatırladaq ki, Azərbaycan neftinin bir barelinin bu il ərzində maksimum qiyməti yanvarın 18-də (89,84) qeydə alınmışdı.
1news.az