Fransa parlamenti uyğur soyqırımını tanıyıb | 1news.az | Xəbərlər
Dünya

Fransa parlamenti uyğur soyqırımını tanıyıb

09:15 - 21 / 01 / 2022
Fransa parlamenti uyğur soyqırımını tanıyıb

Fransa parlamentinin aşağı palatası olan Milli Assambleya uyğur soyqırımını rəsmi şəkildə tanıyıb.

1news.az bildirir ki, APA-nın “Figaro”ya istinadla xəbərinə görə, səsvermədə iştirak edənlərdən 169 nəfər layihənin lehinə, 1 nəfər əleyhinə səs verib. 4 nəfər bitərəf qalıb.

Layihənin müəllifləri “Çin Xalq Respublikasının uyğurlara qarşı tətbiq etdiyi soyqırımı xarakterli sistemli zorakılıqları və insanlıq əleyhinə cinayətləri” pislədiklərini qeyd ediblər.

Xatırladaq ki, uyğurların soyqırımını indiyədək ABŞ, Kanada və İrlandiya tanıyıb.

1news.az

Paylaş:
511

Son xəbərlər

Bütün xəbərlər