Komando hərbi hissəsində təlim məşqləri keçirilib - VİDEO | 1news.az | Xəbərlər
Siyasət

Komando hərbi hissəsində təlim məşqləri keçirilib - VİDEO

S.Xankişiyeva15:24 - 22 / 01 / 2022
Komando hərbi hissəsində təlim məşqləri keçirilib - VİDEO

Quru Qoşunlarının döyüş hazırlığı planına əsasən Əməliyyat (Komando) hərbi hissəsində təlim məşqləri keçirilib.

Müdafiə Nazirliyindən 1news.az-a verilən məlumata görə, təlimin senarisinə uyğun olaraq taktiki yerdəyişmə fəaliyyətləri icra edən komandolar kəşfiyyat məlumatları əsasında şərti düşmənin kəşfiyyat-diversiya qrupunun təxribat törədəcəyi ehtimal edilən ərazi istiqamətində irəliləyiblər.

Komandolar maskalanma tələblərinə əməl etməklə sərt iqlim şəraitində, kəskin relyefli ərazilərdə kəşfiyyat aparma, şərti düşmən sığıcaqlarının aşkar edilməsi, eləcə də kəşfiyyat-diversiya qrupunun mühasirəyə alınaraq zərərsizləşdirilməsi üzrə tapşırıqları müvəffəqiyyətlə yerinə yetiriblər.

Paylaş:
408

Son xəbərlər

Bütün xəbərlər