Putin və Paşinyan Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası və demarkasiyasını müzakirə edib
Rusiya prezidenti Vladimir Putin və Ermənistanın baş naziri Nikol Paşinyan arasında telefon danışığı olub.
1news.az-ın verdiyi xəbərə görə, bu barədə Kremlin mətbuat xidməti bildirib.
Qeyd olunub ki, Vladimir Putinlə Nikol Paşinyan Azərbaycan, Rusiya və Ermənistan liderlərinin 2020-ci il noyabrın 10-da qəbul etdikləri birgə bəyanatın, 2021-ci il yanvarın 11-i və noyabrın 26-da əldə etdikləri üçtərəfli razılaşmanın reallaşmasının praktik aspektlərinə, eləcə də Azərbaycanla Ermənistan arasında sərhədin delimitasiya və demarkasiyasına dair məsələləri nəzərdən keçiriblər.
598