Ermənistan prezidenti istefa verib | 1news.az | Xəbərlər
Ermənistan

Ermənistan prezidenti istefa verib

09:14 - 24 / 01 / 2022
Ermənistan prezidenti istefa verib

Ermənistan prezidenti Armen Sarkisyan istefa verib.

1news.az xəbər verir ki, bu barədə Ermənistan prezidentinin saytında yerləşdirilən açıqlamada deyilir.

"Mən çox uzun müddət düşündüm və təxminən dörd illik fəal işdən sonra Ermənistan prezidenti vəzifəsindən istefa vermək qərarına gəldim. Bu, qətiyyən emosional qərar deyil və müəyyən məntiqdən irəli gəlir", - deyə açıqlamada bildirilir.

A.Sarkisyan əlavə edib ki, prezidentin "ölkə və millət üçün bu çətin dövrdə daxili və xarici siyasətin fundamental proseslərinə təsir etmək üçün lazımi alətləri yoxdur".

Qeyd edək ki, Armen Sarkisyan 2018-ci il aprelin 9-da Ermənistan prezidenti seçilib.

1news.az

Paylaş:
818

Son xəbərlər

Bütün xəbərlər