Ermənistan Azərbaycanla sülh müqaviləsi imzalamağa hazırdır - Paşinyan | 1news.az | Xəbərlər
Ermənistan

Ermənistan Azərbaycanla sülh müqaviləsi imzalamağa hazırdır - Paşinyan

09:12 - 25 / 01 / 2022
Ermənistan Azərbaycanla sülh müqaviləsi imzalamağa hazırdır - Paşinyan

Rəsmi irəvan hesab edir ki, Bakı ilə sülh müqaviləsi imzalanmalıdır, lakin bu sənəd danışıqlar prosesində hazırlanmalıdır.

1news.az-ın məlumatına görə, bu barədə Ermənistanın baş naziri Nikol Paşinyan öz "Facebook" səhifəsində onlayn formatda keçirilən mətbuat konfransında bildirib.

N.Paşinyan bildirib: "Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin imzalanması haqqında çox danışılır. Bəli, sənəd imzalanmalıdır, amma əvvəlcə bu sənəd rəsmiləşdirilməlidir. Ermənistan bu danışıqlara hazırdır və biz bunu dəfələrlə bəyan etmişik".

1news.az

Paylaş:
826

Son xəbərlər

Bütün xəbərlər