Zakir Həsənovun İrana səfəri başlayıb | 1news.az | Xəbərlər
Siyasət

Zakir Həsənovun İrana səfəri başlayıb

S.Xankişiyeva11:14 - 25 / 01 / 2022
Zakir Həsənovun İrana səfəri başlayıb

Yanvarın 25-dən Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərlik etdiyi nümayəndə heyətinin İrana səfəri başlayıb.

1news.az-ın verdiyi xəbərə görə, bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

Səfər İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-leytenant Məhəmməd Hüseyn Baqerinin dəvəti ilə həyata keçirilir.

Z.Həsənovun İranın bir sıra dövlət rəsmiləri ilə görüşü və tədbirlərdə iştirakı planlaşdırılır.

Paylaş:
427

Son xəbərlər

Bütün xəbərlər