Corc Dik: Bu gün Azərbaycan müsəlman dünyasında yeganə ölkədir ki, çoxsaylı yəhudi icmasına ev sahibliyi edir | 1news.az | Xəbərlər
Siyasət

Corc Dik: Bu gün Azərbaycan müsəlman dünyasında yeganə ölkədir ki, çoxsaylı yəhudi icmasına ev sahibliyi edir

S.Xankişiyeva12:00 - 27 / 01 / 2022
Corc Dik: Bu gün Azərbaycan müsəlman dünyasında yeganə ölkədir ki, çoxsaylı yəhudi icmasına ev sahibliyi edir

Tarix boyu nifrət hissi faciələrə gətirib çıxarıb və ötən əsrdə bunu yəhudilər də yaşayıblar. Dünyada olan ölkələrin hər birinin öz faciəsi var.

Holokostun beynəlxalq anım günündə bütün ölkələrin qurbanlarının xatirəsini ehtiramla anırıq. Biz burada, həmçinin faşist rejiminə qarşı mübarizə apararaq həlak olmuş 300 min azərbaycanlının da xatirəsini yad edirik.

1news.az-ın AZƏRTAC-a istinadla verdiyi xəbərə görə, bu fikirləri İsrailin Azərbaycandakı səfiri Corc Dik Holokost Qurbanlarının Anım Günü ilə əlaqədar “Bəşəriyyəti qorumaq üçün antisemitizm, nifrət nitqi, ksenofobiya və irqçiliklə mübarizə” mövzusunda keçirilən tədbirdə deyib.

Səfir diqqətə çatdırıb ki, yəhudilər dininə, irqinə görə təqib olunublar. “Belə hadisələri unutmamaqla biz onların təkrarlanmamasına nail ola bilərik. Kütləvi qırğınlar, soyqırımlar dünyada bu gün də baş verir və biz bunu görməzdən gələ bilmərik. İnanıram ki, biz gələcəkdə elə bir dünyada yaşayacağıq ki, bu cür hadisələr baş verməyəcək”.

Bu il Azərbaycan ilə İsrail arasında diplomatik münasibətlərin 30 illiyinin qeyd ediləcəyini bildirən C.Dik bildirib: “Ötən il İsraildə Azərbaycan Ticarət Evi açıldı. Ümid edirəm ki, biz gələcəkdə səfirliyin açılmasını da qeyd edəcəyik. Bu gün Azərbaycan müsəlman dünyasında yeganə ölkədir ki, çoxsaylı yəhudi icmasına ev sahibliyi edir. Bu, Azərbaycanın sahib olduğu və dəstəklədiyi dəyərlərin göstəricisidir”.

Paylaş:
344

Son xəbərlər

Orxan Məmmədov: Qarabağ KOB-ları proqramına start verilibBu gün, 17:54Azərbaycanda son sutkada COVID-19 əleyhinə peyvənd vurulmayıbBu gün, 17:49İbrahim Kalın: “Türkiyə Prezidenti ənənəvi olaraq ilk xarici səfərini Şimali Kipr Türk Cümhuriyyəti və Azərbaycana edir”Bu gün, 17:33İlham Əliyev və Mehriban Əliyeva Bakıda taekvondo üzrə 26-cı dünya çempionatının açılış mərasimində iştirak edirlərBu gün, 17:10“Azərxalça”da 1 iyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə bağlı tədbir keçirildi - FOTOBu gün, 16:58Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandıBu gün, 16:51Hərbi İnstitutda elmi-praktik seminar və “Elmi Əsərlər” jurnalının təqdimatı keçirilibBu gün, 16:31Azərbaycan Premyer Liqasında son 19 ilin rekordu təkrarlanıbBu gün, 15:52Bu gün Ərdoğanla Bayden arasında telefon danışığı olacaqBu gün, 15:37Azərbaycanda ilk dəfə Beynəlxalq Riyaziyyat Olimpiadaçıları Konfransı keçirilibBu gün, 15:15Azərbaycanda əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri 3 milyard manatı ötübBu gün, 14:54Şirvanda terminaldan oğurluq edən şəxs saxlanılıbBu gün, 14:38Havanı çirkləndirən asfalt-beton zavodunun rəhbəri cəzalandırılıbBu gün, 14:16Hərbi vəzifəlilərin təlim toplanışı başa çatıb - FOTO - VİDEOBu gün, 13:58Əli Əsədov Türkiyənin Vitse-prezidenti Fuat Oktaya təbrik məktubu ünvanlayıbBu gün, 13:54İlham Əliyev Qazaxıstan səfirinin etimadnaməsini qəbul etdiBu gün, 13:38İlham Əliyev Nikolsonu qəbul edibBu gün, 13:35Ermənistanda qızılcaya yoluxanların sayı artıbBu gün, 13:18Lənkəranda dəniz kənarında mina tapılıbBu gün, 13:07Zelenski Ərdoğanı təbrik etdiBu gün, 12:48
Bütün xəbərlər

Next TV