Daha bir məktəbdə biabırçılıq: Sinfi dağıdır, müəllimi qovurlar - VİDEO | 1news.az | Xəbərlər
Cəmiyyət

Daha bir məktəbdə biabırçılıq: Sinfi dağıdır, müəllimi qovurlar - VİDEO

11:20 - 28 / 01 / 2022
Daha bir məktəbdə biabırçılıq: Sinfi dağıdır, müəllimi qovurlar - VİDEO

Bakıda məktəblərin birindən çəkilən görüntülər yenidən gündəm yaradıb.

1news.az xəbər verir ki, paytaxtda yerləşən 49 nömrəli məktəbin doqquzuncu sinif şagirdləri dərs zamanı sinifin əşyalarını dağıdır, onları yararsız vəziyyətə salırlar. Müəllimə olub- olmadığı dəqiq bəlli olmayan bir qadını isə sinifdən qovurlar.

Sözügedən görüntülər qısa zamanda böyük səs-küyə səbəb olub.

Qeyd edək ki, ötən gün Bakının Xətai rayonunda yerləşən 165 nömrəli tam orta məktəbində bənzər görüntülər ortaya çıxmışdı. Videoda orta məktəb şagirdləri sinifdə divara asılan tanınmış şəxsiyyətlərin tablolarını gəzdirir, partaları dağıdır və başqa bu kimi ədəbsiz hərəkətlər edirdilər. Baş verən bütün bu hadisələr isə sinifdə müəllimin olduğu müddətdə baş veribmişdi.

1news.az

Paylaş:
1215

Son xəbərlər

Yardımlıda zəlzələ olub

19 / 04 / 2025, 17:16
Bütün xəbərlər