BMT Azərbaycana təşəkkür edib | 1news.az | Xəbərlər
Siyasət

BMT Azərbaycana təşəkkür edib

S.Xankişiyeva10:00 - 29 / 01 / 2022
BMT Azərbaycana təşəkkür edib

BMT təşkilatın büdcəsinə tam ödəniş etdiyinə görə Azərbaycana təşəkkür edib.

1news.az-ın AZƏRTAC-a istinadla verdiyi xəbərə görə, bu barədə yanvarın 28-də BMT-də brifinq zamanı beynəlxalq təşkilatın sözçüsü Fərhan Haq bildirib.

F.Haq deyib: “Həqiqətən də xoşbəxt gündür, çünki biz daha çox dosta büdcəyə ödənişləri tamamladıqlarına görə təşəkkür edirik. Əlcəzair, Azərbaycan, Bruney Darussalam, Koreya Respublikası, Birləşmiş Ərəb Əmirlikləri və Vyetnama təşəkkür edirik. Onların sayı artıq 37-yə çatıb”.

Paylaş:
426

Son xəbərlər

Bütün xəbərlər