Ceyhun Bayramov Azərbaycan-Macarıstan əlaqələrinin inkişafından danışıb
“2021-ci ilin yekunlarını Azərbaycan və Macarıstan üçün kifayət qədər uğurlu hesab etmək olar. Hesab edirik ki, bu il də ölkələrimiz arasındakı iqtisadi münasibətlər inkişaf edəcək”.
1news.az-ın Report-a istinadla verdiyi xəbərə görə, bunu Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Bakıda Macarıstanın xarici işlər və ticarət naziri Piter Siyarto ilə birgə keçirdiyi mətbuat konfransında deyib.
“Macarıstan dövləti sabah Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 8-ci toplantısında iştirak edəcək. Bu gün reyslərin artırılması da müzakirə edilib. Bu səfər çərçivəsində Azərbaycanla Macarıstan arasında 4 müqavilə imzalanıb”, - o vurğulayıb.
496