Tanınmış italyan brendi “Kiko Milano” artıq Azərbaycanda – FOTO – VİDEO
Yanvarın 23-də Bakıda ilk “Kiko Milano” mağazasının təntənəli açılış mərasimi baş tutdu.
Açılış mərasimi xüsusi təşrif buyurmuş qonaqların iştirakı ilə yadda qaldı. Qonaqlar arasında Səudiyyə Ərəbistanı Krallığının Azərbaycandakı səfiri Dr. Hamad A.S. Xudair yer almışdır. Açılış lentini isə RGA Alhokair-in ölkə üzrə direktoru Zara Dext Hamou, cənab səfir Dr. Hamad A.S. Xudair və ISR Holdinq-in həmtəsisçisi cənab Rauf Xəlilov birgə kəsiblər.
1997-ci ildə İtaliyada fəaliyyətə başlayan “Kiko Milano” şirkətinin 20 ölkədə 950-dən çox mağazası var və şirkət geniş çeşiddə rəngli kosmetika, gözəllik aksesuarları, həmçinin dəriyə qulluq vasitələri məhsulları ilə bütün dünyada tanınır.
Azərbaycanda isə bu brend “Alhokair Fashion Retail” şirkətinin əməkdaşlığı ilə “Retail Group Azerbaijan” şirkəti tərəfindən təmsil olunur.
Açılışda adları sadalanan digər ictimai şəxslər də iştirak ediblər: Nərgiz Kələntərli, Lalə Əfəndi, Pəri Yusuf, Elnur Həsənov, Elnara de Birbuet, Səma Abıyeva.
Reklam hüququnda