Xələf Xələfov: Ukrayna-Azərbaycan dostluğu illərin sınağından uğurla çıxıb | 1news.az | Xəbərlər
Siyasət

Xələf Xələfov: Ukrayna-Azərbaycan dostluğu illərin sınağından uğurla çıxıb

S.Xankişiyeva16:27 - 04 / 02 / 2022
Xələf Xələfov: Ukrayna-Azərbaycan dostluğu illərin sınağından uğurla çıxıb

Azərbaycan ilə Ukrayna arasında diplomatik əlaqələrin 30 illiyinin qeyd olunması mühüm və əlamətdar hadisədir.

Ölkələrimiz arasında əlaqələr hələ Azərbaycan Xalq Cüümhuriyyəti dövründə qurulub. Münasibətlərdə yeni mərhələ 1993-cü ildən başlayır. Hər iki ölkə bir-birinin ərazi bütövlüyünü dəstəkləyir. Ukrayna-Azərbaycan dostluğu illərin sınağından uğurla çıxıb. İnanıram ki, dostluğumuz daha da möhkəmlənəcək.

1news.az-ın AZƏRTAC-a istinadla verdiyi xəbərə görə, bu fikirləri xarici işlər nazirinin müavini Xələf Xələfov fevralın 4-də Azərbaycanla Ukrayna arasında diplomatik əlaqələrin qurulmasının 30 illiyi münasibətilə keçirilən tədbirdə ifadə edib.

Xələf Xələfov deyib ki, ulu öndər Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirən Prezident İlham Əliyev Ukrayna ilə münasibətlərə böyük önəm verir. Dostluğumuzun təsdiqidir ki, Ukrayna Prezidenti Volodimir Zelenski 2019-cu il Bakıda olub və Azərbaycan Prezidenti İlham Əliyev bu il yanvarın 14-də Ukraynaya səfər edib. Səfər çərçivəsində iki ölkə arasında əlaqələrin müxtəlif sahələrdə inkişafı ilə bağlı məsələləri müzakirə edilib və mühüm sənədlər imzalanıb.

Ölkələrimiz arasında ticarət dövriyyəsinin həcminin artdığını vurğulayan nazir müavini siyasi, iqtisadi sahələrdən başqa, humanitar və mədəni sahələrdə də əlaqələrin inkişaf etdiyini diqqətə çatdırıb.

Diasporların və parlamentlərin ölkələrimiz arasında münasibətlərin dərinləşməsində rolundan bəhs edən X.Xələfov Xarkov və Şamaxıda diplomatik korpusların fəaliyyət göstərdiyini qeyd edib.

Paylaş:
467

Son xəbərlər

COP29 zamanı hücumlar - Azərbaycana qarşı qarayaxma kampaniyalarının uğursuzluğunun SƏBƏBLƏRİ - ŞƏRH23 / 11 / 2024, 23:08Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcək23 / 11 / 2024, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşüb23 / 11 / 2024, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilir23 / 11 / 2024, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırır23 / 11 / 2024, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb23 / 11 / 2024, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olundu23 / 11 / 2024, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilib23 / 11 / 2024, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənib23 / 11 / 2024, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEO23 / 11 / 2024, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığı23 / 11 / 2024, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıb23 / 11 / 2024, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunub23 / 11 / 2024, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoydu23 / 11 / 2024, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdi23 / 11 / 2024, 15:00COP29-da aksiya keçirildi - FOTO23 / 11 / 2024, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDI23 / 11 / 2024, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİB23 / 11 / 2024, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcək23 / 11 / 2024, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcək23 / 11 / 2024, 13:19
Bütün xəbərlər