Qəbələdə kolluqdan avtomat tapılıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Qəbələdə kolluqdan avtomat tapılıb

S.Xankişiyeva15:27 - 09 / 02 / 2022
Qəbələdə kolluqdan avtomat tapılıb

Qəbələ Rayon Polis Şöbəsinə Bum qəsəbəsindəki kolluq ərazidə şübhəli bağlamanın olması ilə bağlı məlumat daxil olub.

1news.az-a DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, polis əməkdaşları tərəfindən həmin əraziyə baxış keçirilib və oradan bir ədəd avtomat aşkarlanıb.

Faktla bağlı araşdırma aparılır.

Mövzu ilə əlaqədar oxuyun:

Yasamalda 5000 manata “Kalaşnikov” satmaq istəyən şəxs tutulub – FOTO – VİDEO

Füzuli sakinləri pulemyot satarkən tutulublar – FOTO – VİDEO

Paylaş:
403

Son xəbərlər

Bütün xəbərlər