XİN rəhbəri: Azərbaycan Qoşulmama Hərəkatının prinsiplərinə riayət edir | 1news.az | Xəbərlər
Siyasət

XİN rəhbəri: Azərbaycan Qoşulmama Hərəkatının prinsiplərinə riayət edir

S.Xankişiyeva10:22 - 10 / 02 / 2022
XİN rəhbəri: Azərbaycan Qoşulmama Hərəkatının prinsiplərinə riayət edir

Azərbaycan ilk gündən Qoşulma Hərəkatının prinsiplərinə xüsusi diqqət ayırıb və onlara riayət edib.

1news.az-ın Report-a istinadla verdiyi xəbərə görə, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ADA Universitetində təşkil edilən Milli Qoşulmama Hərəkatı Modeli Simulyasiya Konfransında çıxışı zamanı bildirib.

XİN rəhbəri Qoşulmama Hərəkatının dünyada ikinci ən böyük təşkilat olduğunu qeyd edib.

“Azərbaycanın bu təşkilat çərçivəsində irəli sürdüyü təşəbbüslərin çoxu bu prinsiplərə uyğun olub”, - C.Bayramov deyib.

Azərbaycan XİN rəhbəri Qoşulmama Hərəkatının gənclər şəbəkəsinin yaradılmasının vacibliyini vurğulayıb. Onun sözlərinə görə, bütün dünyadan olan gənclər bu şəbəkədə fəal iştirak etməli və ona öz töhfələrini verməlidirlər.

O həmçinin Azərbaycanın Qoşulmama Hərəkatına sədrlik etməkdə davam etdirdiyini qeyd edib.

Paylaş:
377

Son xəbərlər

Peruda zəlzələ olub

17 / 05 / 2025, 16:27
Bütün xəbərlər