Bakıda itkin düşmüş kursant tapılıb - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakıda itkin düşmüş kursant tapılıb - FOTO

S.Xankişiyeva08:59 - 17 / 02 / 2022
Bakıda itkin düşmüş kursant tapılıb - FOTO

Heydər Əliyev adına Hərbi Akademiyanın kursantı, fevralın 13-də itkin düşmüş Hüseynli Vüsal Elşən oğlu tapılıb.

1news.az-ın Report-a istinadla verdiyi xəbərə görə, o, hərbi polis tərəfindən tapılaraq ailəsinə təhvil verilib.

Müdafiə Nazirliyindən “Report”a xəbəri təsdiqləyiblər.

Xatırladaq ki, V.Hüseynli 3 gün əvvəl akademiyaya getmək üçün yaşadığı Sumqayıt şəhərindən Bakıya gəlmişdi. Həmin gündən ondan xəbər yox idi. Onun tapılması məqsədilə Müdafiə Nazirliyinin hərbi polis idarəsi aidiyyəti hüquq-mühafizə orqanları ilə axtarış tədbirləri həyata keçirirdi.

Mövzu ilə əlaqədar oxuyun:

Müdafiə Nazirliyi kursantın itkin düşməsi ilə bağlı məlumat yayıb - FOTO

Paylaş:
480

Son xəbərlər

Bütün xəbərlər