Şagirdlərdən mobil telefonlar götürüləcək? - Təhsil nazirindən açıqlama | 1news.az | Xəbərlər
Cəmiyyət

Şagirdlərdən mobil telefonlar götürüləcək? - Təhsil nazirindən açıqlama

S.Xankişiyeva14:22 - 18 / 02 / 2022
Şagirdlərdən mobil telefonlar götürüləcək? - Təhsil nazirindən açıqlama

Şagirdlərdən mobil telefonların yığılması məktəb daxili qaydalarla tənzimlənir.

1news.az-ın Trend-ə istinadla verdiyi xəbərə görə, bunu təhsil naziri Emin Əmrullayev jurnalistlərə açıqlamasında deyib.

Nazir bildirib ki, bunun mərkəzləşmiş bir qərarla tənzimlənməsini düzgün deyil. “Telefon müəyyən mənada şagirdə lazımdır. Valideyni ilə əlaqə saxlayır. Hazırda şagirdlərin dərs prosesi zamanı telefonlarının yığılması mərkəzləşmiş qaydada müzakirə edilmir. Amma ayrı-ayrı məktəblərdə bu səlahiyyət var və icra edə bilirlərsə, mən bunu mümkün hesab edirəm”, - deyə nazir qeyd edib.

Paylaş:
353

Son xəbərlər

Bütün xəbərlər