Azərbaycan Ordusunun Tağaverd istiqamətində atəş açması yalandır – MN | 1news.az | Xəbərlər
Siyasət

Azərbaycan Ordusunun Tağaverd istiqamətində atəş açması yalandır – MN

S.Xankişiyeva09:57 - 19 / 02 / 2022
Azərbaycan Ordusunun Tağaverd istiqamətində atəş açması yalandır – MN

Azərbaycan Müdafiə Nazirliyi Azərbaycan Ordusunun Xocavənd rayonunun Tağaverd kəndi istiqamətində atəş açması barədə məlumatlara münasibət bildirib.

1news.az-ın verdiyi xəbərə görə, bu barədə Nazirlikdən bildirilib ki, ermənilərin yaydıqları bu informasiyalar həqiqəti əks etdirmir.

"Erməni sosial şəbəkələrində Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisində Ordumuzun bölmələri tərəfindən Xocavənd rayonunun Tağaverd kəndi istiqamətində guya atəşin açılması barədə yayılan məlumat yalandır, təxribat xarakteri daşıyır", - MN-dan qeyd olunub.

Paylaş:
1110

Son xəbərlər

Bütün xəbərlər