Əli Əsədov Moldova parlamentinin sədri ilə görüşüb - FOTO | 1news.az | Xəbərlər
Siyasət

Əli Əsədov Moldova parlamentinin sədri ilə görüşüb - FOTO

Qafar Ağayev17:08 - 22 / 02 / 2022
Əli Əsədov Moldova parlamentinin sədri ilə görüşüb - FOTO

Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov fevralın 22-də ölkəmizdə səfərdə olan Moldova Respublikası parlamentinin sədri İqor Qrosu ilə görüşüb.

Naizrlər Kabinetindən Trend-ə verilən məlumata görə, görüşdə Azərbaycan-Moldova dostluq münasibətlərinin müxtəlif istiqamətlərdə uğurla inkişaf etdiyi bildirildi. İ.Qrosunun səfərinin ikitərəfli əməkdaşlığın dərinləşməsinə təkan verəcəyinə əminlik ifadə edildi.

Görüşdə həmçinin Azərbaycan ilə Moldova arasında ticarət-iqtisadi, investisiya, energetika, humanitar, mədəniyyət, turizm və digər sahələrdə əməkdaşlığın genişləndirilməsi perspektivləri müzakirə olundu.

Paylaş:
1041

Son xəbərlər

Peruda zəlzələ olub

17 / 05 / 2025, 16:27
Bütün xəbərlər