Bayden qondarma “DXR” və “LXR”-ə qarşı sanksiyalar tətbiq edib | 1news.az | Xəbərlər
Dünya

Bayden qondarma “DXR” və “LXR”-ə qarşı sanksiyalar tətbiq edib

Qafar Ağayev09:09 - 22 / 02 / 2022
Bayden qondarma “DXR” və “LXR”-ə qarşı sanksiyalar tətbiq edib

ABŞ Prezidenti Co Bayden “DXR” və “LXR”in “müstəqilliyi”nin Rusiya tərəfindən tanımasına cavab olaraq yeni sanksiyalarla bağlı fərman imzalayıb.

1news.az-ın xarici KİV-lərə istinadən xəbərinə görə, sənəd “DXR” və “LXR”ə yeni sərmayələrin qoyulmasını qadağan edir.

Sənəddə göstərilir ki, ABŞ-ın fiziki və hüquqi şəxslərinin “DXR” və “LXR”ə yeni sərmayə qoyması qadağan edilir. Bundan başqa, ABŞ mallarının, texnologiyasının Ukraynanın həmin ərazilərinə idxalı və ixracı qadağan edilir.

Bayden bildirib ki, sözügedən tanınma Minsk razılaşmasına ziddir və Ukraynada sülhə təhlükə yaradır. Bu həm də ABŞ-ın milli təhlükəsizliyinə təhdid yaradır.

Həmçinin oxu: Putin qondarma “DXR” və “LXR”-ı tanıyacağını dedi

Paylaş:
914

Son xəbərlər

Bütün xəbərlər