Füzuli istiqamətində mövqelərimiz atəşə tutulub | 1news.az | Xəbərlər
Siyasət

Füzuli istiqamətində mövqelərimiz atəşə tutulub

S.Xankişiyeva14:31 - 23 / 02 / 2022
Füzuli istiqamətində mövqelərimiz atəşə tutulub

Azərbaycan Ordusunun Füzuli rayonunun Yuxarı Veysəlli kəndi istiqamətində yerləşən mövqeləri fevralın 23-ü saat 10:05-də Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qanunsuz erməni silahlı dəstəsinin üzvləri tərəfindən heç bir səbəb olmadan fasilələrlə atıcı silahlardan atəşə tutulub.

1news.az-a Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata əsasən, Azərbaycan Ordusunun bölmələri tərəfindən cavab tədbirləri görülüb.

Mövzu ilə əlaqədar oxuyun:

Azərbaycan Ordusunun mövqeləri atəşə tutulub

Paylaş:
1044

Son xəbərlər

Bütün xəbərlər