MİQ imtahanında məhdudiyyətlər: kimlər və niyə iştirak edə bilməzlər? - “Çıxışa doğru”da MÜZAKİRƏ - VİDEO
Müəllim ixtisası bir sıra səbəblərə görə gənclər arasında daimi tələbatda olan ixtisasdır. Amma pedaqoji ixtisas almış hər kəs əldə etdiyi bilikləri praktikada tətbiq edə bilməyəcək.
Belə ki, bakalavriat ixtisasında başqa ixtisas üzrə, amma magistr dərəcəsini pedaqoji ixtisasda almış şəxslər müəllimlərin işə qəbulu müsabiqəsində (MİQ) iştirak edə bilməzlər. Müəllimlərin işə qəbulu üçün elektron formatda sənədlərin qəbulu mərhələsində yalnız baza təhsili (bakalavr pilləsi) müəllimlik ixtisasına aid olan namizədlərdən ərizə qəbul edilir. Qeyd olunur ki, həmin şəxslər müsabiqənin sınaq imtahanlarında iştirak etmək hüququ əldə edirlər.
1news.az-ın verdiyi xəbərə görə, AzTV-nin “Çıxışa doğru” verilişində "MİQ imtahanında məhdudiyyətlər: kimlər və niyə iştirak edə bilməzlər?" mövzusunda aparılan müzakirələr zamanı bu barədə ətraflı danışılıb. Verilişin qonaqları – Abşeron rayon Güzdək qəsəbə tam orta məktəbin kimya müəllimi, MİQ qalibi Fəzilə Mahmudova, Beynəlxalq təhsil üzrə ekspert, ADNSU-nun müəllimi Səbinə Əliyeva, təhsil eksperti Elvin Bədirov, ixtisas seçimi və karyera üzrə mütəxəssis Adil Vəliyev və İnsan Resursları Mərkəzinin rəhbəri Nurlan İsmayılbəyli mövzu ətrafında müzakirə aparıblar.
“Çıxışa doğru” verilişini bütöv şəkildə Azərbaycan Televiziyasının “YouTube” kanalından izləyə bilərsiniz: