Qarabağda minaya düşən şəxslərin sayı açıqlanıb – STATİSTİKA | 1news.az | Xəbərlər
Cəmiyyət

Qarabağda minaya düşən şəxslərin sayı açıqlanıb – STATİSTİKA

S.Xankişiyeva10:51 - 23 / 02 / 2022
Qarabağda minaya düşən şəxslərin sayı açıqlanıb – STATİSTİKA

İşğaldan azad edilmiş ərazilərdə minaya düşən şəxslərin sayı açıqlanıb.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin şöbə rəisi polis mayoru Elşad Hacıyev 1news.az-a bildirib ki, Vətən müharibəsindən sonra işğaldan azad edilmiş ərazilərdə 85 nəfər mülki şəxs minaya düşüb.

"Minaya düşmüş mülki şəxslərdən 30 nəfər həyatını itirib, 55 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Onların sırasında müxtəlif kateqoriyadan olan insanlar var ki, həmin ərazilərə qanunsuz daxil olaraq mina təhlükəsinə məruz qalıblar. Minalardan təmizləmə prosesi başa çatana qədər işğaldan azad olunan ərazilərə nəzərdə tutulmayan marşrut üzrə hərəkət təhlükəlidir.

Həlak olan mülki şəxslərdən bəziləri dəfələrlə qanunsuz olaraq həmin ərazilərə gedib və qanunvericiliyə uyğun olaraq cəzalandırılıblar. İşğaldan azad olunan ərazilərə getmək arzusunda olan mülki şəxslərin diqqətinə çatdırırıq ki, aidiyyəti dövlət qurumu tərəfindən müəyyən olunan marşrutlar üzrə vətəndaşların getməsi üçün təhlükəsiz şərait yaradılıb”, - o vurğulayıb.

Mövzu ilə əlaqədar oxuyun:

Azərbaycan, Fransa, Ermənistan liderləri və Aİ Şurası Prezidenti videoformatda görüş keçirib - FOTO

Prezident İlham Əliyev xalqa müraciət edib - YENİLƏNİB

Brüsseldə Azərbaycan Prezidenti ilə Avropa İttifaqı Şurasının Prezidenti arasında görüş olub - FOTO - YENİLƏNİB

Azərbaycan 15 ermənini verib 97 min mina xəritəsini aldı

Azərbaycana xüsusi təlim keçmiş iki minaaxtaran it gətirilib

ABŞ Azərbaycana 10 minaaxtaran it göndərib

ANAMA Yevlaxdakı partlayışla bağlı məlumat yayıb

Yevlaxda ermənilərin müharibə dövründə atdığı kasetli bomba partladı, çoban öldü

Yevlaxda partlayışın baş verdiyi ərazidə 17 ədəd kasetli bomba aşkarlanıb

Paylaş:
854

Son xəbərlər

Bütün xəbərlər