Azərbaycan Prezidenti Ermənistanın kütləvi məzarlıqların yerini göstərmək istəməməsinin səbəbini açıqlayıb | 1news.az | Xəbərlər
Siyasət

Azərbaycan Prezidenti Ermənistanın kütləvi məzarlıqların yerini göstərmək istəməməsinin səbəbini açıqlayıb

S.Xankişiyeva16:22 - 24 / 02 / 2022
Azərbaycan Prezidenti Ermənistanın kütləvi məzarlıqların yerini göstərmək istəməməsinin səbəbini açıqlayıb

İkinci Qarabağ müharibəsindən sonra işğaldan azad etdiyimiz ərazilərdə 1700-dən çox həlak olmuş erməni hərbi qulluqçusu bizim tərəfimizdən tapılıb və biz onların hamısını qaytarmışıq.

1news.az-ın AZƏRTAC-a istinadla verdiyi xəbərə görə, bu barədə Prezident İlham Əliyev TASS agentliyində Rusiyanın aparıcı kütləvi informasiya vasitələrinin rəhbərləri ilə görüşündə bildirib.

Dövlətimizin başçısı deyib: “Birinci Qarabağ müharibəsi dövründən 3890 azərbaycanlı, o cümlədən təqribən 200 uşaq indiyədək itkin düşmüş hesab edilir. Biz erməni tərəfinə kütləvi məzarlıqların yerini göstərmələri barədə müraciət etmişik, lakin hələ cavab yoxdur. Mən bilmirəm niyə. Yəqin onlar başa düşürlər ki, orada, sadəcə, hərbi cinayətlərin sübutları olacaq. Lakin bununla belə biz tələb edirik və yeri gəlmişkən, Avropa İttifaqı da bu məsələ ilə bağlı fikrini bildirib ki, kütləvi məzarlıqların yeri bizə təqdim edilsin. Çünki ehtimal çox böyükdür ki, hər şey Qarabağdadır, bizim işğaldan azad etdiyimiz ərazilərdədir”.

Mövzu ilə əlaqədar oxuyun:

Azərbaycan, Fransa, Ermənistan liderləri və Aİ Şurası Prezidenti videoformatda görüş keçirib - FOTO

Prezident İlham Əliyev xalqa müraciət edib - YENİLƏNİB

Brüsseldə Azərbaycan Prezidenti ilə Avropa İttifaqı Şurasının Prezidenti arasında görüş olub - FOTO - YENİLƏNİB

Azərbaycan 15 ermənini verib 97 min mina xəritəsini aldı

Azərbaycana xüsusi təlim keçmiş iki minaaxtaran it gətirilib

ABŞ Azərbaycana 10 minaaxtaran it göndərib

ANAMA Yevlaxdakı partlayışla bağlı məlumat yayıb

Yevlaxda ermənilərin müharibə dövründə atdığı kasetli bomba partladı, çoban öldü

Yevlaxda partlayışın baş verdiyi ərazidə 17 ədəd kasetli bomba aşkarlanıb

Paylaş:
935

Son xəbərlər

Bütün xəbərlər